Woods of Ypres — 2002-ci ildə Devid Qold, Aaron Palmer və Brayan MakManus tərəfindən yaradılan Kanada metal musiqi qrupu.
Woods of Ypres | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
blek-metal[1] dum-metal[2] |
Fəaliyyət illəri | 2002—2011 |
Ölkə | Kanada |
Şəhər | Uinsor |
Leybl |
Krankenhaus Practical Art Earache Records |
Heyət | Bax:Qrup üzvləri |
www.woodsofypres.ca | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup blek-metal və dum-metal janrında mahnılar ifa edib. 2002-ci ildə "Against the Seasons: Cold Winter Songs from the Dead Summer Heat" adlı ilk demo albomunu çıxarıb. 2003-cü ildə isə artıq konsertlərdə çıxış etməyə başlayıb. 2003-cü ildə Devid Qold Torontoya köçərək albom yazmağa başlayıb və qrup 2004-cü ildə "Krankenhaus Records" səsyazma studiyasında "Pursuit of the Sun & Allure of the Earth" adlı ən mükəmməl albomunu çıxardaraq özünə geniş dinləyici kütləsi toplayıb.
21 dekabr 2011-ci ildə "Woods of Ypres" qrupunun vokalisti və qurucusu Devid Qold Ontario əyaləti yaxınlığında avtomobil qəzası nəticəsində 31 yaşında vəfat edib. 2012-ci ildə qrup Avropa turuna çıxmağı planlaşdırsa da Davidin ölümündən sonra fəaliyyətini dayandırıb. Buna baxmayaraq "Woods of Ypres" qrupunun 5-ci və sonuncu albomu "Woods 5: Grey Skies & Electric Light" 2012-ci il fevralın 27-də Avropada, iki ay sonra isə Şimali Amerikada buraxılıb.