Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Xürrəmilər — 1972-ci ildə yaradılmış Azərbaycan rok qrupudur.
Xürrəmilər | |
---|---|
Əsas məlumatlar | |
Üslub | rok |
Fəaliyyət illəri | 1972—1980 |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Heyət |
Rizvan Mehdiyev (zərb alətləri) Qennadi Yaqubov (Bas gitara) Rafiq Rəsulov (solo gitara) Vladimir Aşirov (piano, orqan) Rafail Musayev (vokal, zərb alətləri) Rauf Musayev (lider vokal, ritm gitara, zərb alətləri) |
1972-ci ildə Xalq Təsərrüfatı institutuna qəbul olunmuş Rauf və Rafail Musayevlər qardaşları "Xürrəmilər" (Хуррамиты) qrupuna demək olar ki, ikinci həyat verdilər. İnstitutdan əvvəl "Dağ çiçəyi" qrupunu yaradan qardaşlar "Xürrəmilər" qrupunun heyətinə həmin qrupdan Qennadi Yaqubovu, Vladimir Aşırovu və Xədicə Abbasovanı dəvət etdilər
1972-ci ilin sentyabrından Xürrəmilər qrupu yeni heyətdə fəaliyyətə başladı. Birinci çıxışları Azərbaycan İncəsənət İnstitutu ilə birgə keçirildi. Həmin çıxış Azərbaycan Televiziyası ilə göstərildi. Qrupun repertuarında Beatles, Rolling Stones, Jimi Hendrix, Led Zeppelin, Carlos Santana və başqa əcnəbi qruplarının mahnıları səslənirdi. Qrup öz mahnılarını da bəstələyirdi. Qrupun bəstəkarı Rasim Müzəffərli (İmanov) idi. Xürrəmilər qrupunun konsertləri Respublikanın şəhər və qəsəbələrində böyük müvəffəqiyyətlə keçirilirdi. 1974-cü ilin sentyabr ayında Neft və Kimya İnstitutunun təşkil etdiyi festivalda qrup böyük uğurla çıxış etdi və həmin ilin oktyabr ayında Qazaxıstana səfər etmişdir. Qazaxıstanın Alma-Ata, Karaqanda, Arkalık, Pavlodar və başqa şəhərlər və qəsəbələrində çıxış etmişdir. 1979-cu ildə Azərbaycan Televiziyasının təşkil etdiyi istedadlı gənclər festivalında uğurla çıxış edən "Xürrəmilər" qrupu ikinci olmuşdur. Həmin çıxışın audio yazısı bugünədək saxlanılır. 1980-ci ildə "Xürrəmilər" qrupu öz fəaliyyətini dayandırmışdır.