Xüsusi Hərbi İdarə

Xüsusi Hərbi İdarə (türk. Özel Harp Dairesi) — Soyuq Müharibə dövründə Türkiyədə, Baş qərargahın nəzdində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO-nun əməkdaşlığı ilə qurulduğu irəli sürülən gizli təşkilat. Avropada İkinci Dünya Müharibəsindən sonra müxaliflərin (əsasən kommunistlərin) iqtidara gəlməsinin qarşısını almaq üçün qurulan "Qladio" adlı əks-partizan təşkilatının Türkiyədəki davamına siyasi ədəbiyyatda Xüsusi Hərbi İdarə, hərəkətləri reallaşdıranlara isə əks-partizan deyilmişdir.

Xüsusi Hərbi İdarə
Növü hərbi
Yaranma tarixi 1965–1992
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Tabedir Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı
Daxildir Türkiyə Quru Qoşunları
Vəzifəsi Xüsusi əməliyyatlar
Himayədarı Türkiyə Silahlı Qüvvələri
Müharibələr İkinci Dünya Müharibəsi

NATO-un xüsusi hərbi təlimatlarına görə üzv ölkələrdə qurulan NATO qurumları, Türkiyədə əvvəl Səfərbərlik Tədqiq Təşkilat adı ilə təşkilatlanmış sonra birbaşa Baş qərargah komandanlığına tabe olan Xüsusi Hərbi İdarənin tabeçiliyi altında və onun mülki qolu olan əks-partizan olaraq fəaliyyət göstərmişdir.