Xüsusi təyinatlılar və ya xüsusi əməliyyat qüvvələri — düşmənin təhlükəsizlik qüvvələri və silahlı birləşmələrinə qarşı kəşfiyyat əməliyyatları, nəzarət, düşmən qoşunlarının vəziyyəti, düşmən qoşunlarının sayı kimi xüsusi taktiki bacarıqlar tələb edən vəzifələri yerinə yetirirlər; çox yönlü və çevik silahlı birləşmələrdirlər.[1][2]
Daha güclü və daha dəqiq bir nəticə üçün nizamsız (qeyri-nizami) şəkildə qurulmuşdurlar. Nizamsız müharibə (qeyri-nizami müharibə) bacarığını və partizan taktikasını çox yaxşı bilən və tətbiq edən bölmələrdir. Qüvvələr müstəqil olaraq asimmetrik və qarışıq bir əməliyyat planı çərçivəsində hərəkət edirlər.[3]
İlk qeydə alınan xüsusi qüvvələr ingilislərin SAS və SBS qüvvələri idi. SAS və SBS Winston Churchillin “Düşmən xəttində və ya ərazilərində vəzifələrini yerinə yetirə bilən xüsusi hazırlanmış əsgərlər” əmri ilə qurulmuşdur.