Xıdır Zində və ya Xızır Zində— Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir.
Xıdır Zində piri | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı-Siyəzən yolu |
Aidiyyatı | Xızır |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər.[1]
Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır. Burada ölçüləri 3×3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var.
Xıdır Zində pirini Beş Barmaq də adlandırırlar.