Xınalıq əlifbası

Xınalıq əlifbası[1] — Xınalıqlı şair-müəllim Rəhim Alxas tərəfindən Xınalıq dili üçün tərtib olunmuş əlifba.

Xınalıq əlifbası

[redaktə | mənbəni redaktə et]

Xınalıq Kiril Əlifbası

[redaktə | mənbəni redaktə et]
Xınalıq Latın Əlifbası

2013-cü ilə qədər Xınalıq dilində yazılan bütün yazılı sənədlər xınalıq kiril əlifbası ilə yazılırdı.[2] Xınalıq kiril əlifbası xınalıqlı şair-müəllim Rəhim Alxas tərəfindən tərtib olunmuşdur (Xınalıq və Xınalıqlılar. Rəhim Alxas. Bakı, Şirvannəşr 2003).

Xınalıq Latın Əlifbası

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda isə Xınalıq dilində yazılan bütün yazılı sənədlər Xınalıq latın əlifbası əsasında hazırlanır. Xınalıq latın əlifbası 2013-cü ildə Məmmədov Elnur tərəfindən tərtib olunmuşdur. 2013-cü ilin may ayında Xınalıq kənd tam orta məktəbində keçirilmiş toplantıda Xınalıq latın əlifbası məktəb kollektivi və xınalıq kənd ictimaiyyəti tərəfindən qəbul olunmuşdur. Məmmədov Elnur tərəfindən Xınalıq əlifbasının kompüter klaviatura proqramı hazırlanmışdır. Hazırda Xınalıq əlifbası üzərində işlər davam edir. Yaxın gələcəkdə Xınalıq əlifbası kitabı və əlifba öyrədici kompüter proqramları istifadəyə veriləcəkdir.(www.xinalig.com Arxivləşdirilib 2016-08-04 at the Wayback Machine)

  1. "Xınalıq əlifbası". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  2. "Xınalıq Latın Əlifbası" (az.). 08-04-2013. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]