Xırdabaşlıqlı gəvən

Xırdabaşlıqlı gəvən (lat. Astragalus microcephalus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Xırdabaşlıqlı gəvən
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür. Tacı sarımtıl, 2 dəfə kasacıqdan uzundur. İyun-iyul aylarında çiçəkləyir, avqustda meyvəsi yetişir. Meyvəsi uzunsov, sıx, yaxud az tüklüdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşaqlarında, tək-tək hallarda isə yuxarı dağ qurşaqlarında bitir. Daşlı, qayalı yerlərin quru yamaclarında bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində, Naxçıvanda rast gəlmək olar. Xırdabaşlıqlı gəvən başqa növlərə nisbətən Azərbaycanda az yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Qətran vermək qabiliyyətinə malikdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]