Xırdayarpaq murdarça | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Xırdayarpaq murdarça |
||||
Beynəlxalq elmi adı | ||||
|
Qafqazda yayılıb.
Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.
İstiyə, quraqlığa davamlıdır. Subalp qurşaqlarda, qayalarda bitir. Torpağa tələbkar deyildir.
Böyük və Kiçik Qafqazda təbii halda aşağı yaruslarda rast gəlinir.
Tərkibində efir yağları vardır. Yaşıllaşdırmada az təsadüf edilir.