Xədicə Zeynalova

Xədicə Əbdülrəhim qızı Zeynalova – bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı və sədri. Almaniyada "Harmony of sound" adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri. Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti.[1] Xədicə Zeynalova Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilib.

Xədicə Zeynalova
Xədicə Əbdülrəhim qızı Zeynalova
Ümumi məlumatlar
Doğum yeri Azərbaycan, Sumqayıt şəhəri
Vətəndaşlığı Almaniya
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Janr klassik musiqi
Təhsili Ali
Üzvlüyü Almaniyanın aparıcı Performans Hüquqları Təşkilatı olan GEMA-nın və “Beynəlxalq Qadınlar Musiqidə” İttifaqının üzvüdür.
Mükafatları “Azərbaycan Respublikasının diaspor fəaliyyətində xidmətə görə” medalı. “Artist in Residence” nominasiyası.

Xədicə Zeynalova Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1994–1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakültəsində bakalavr, 1998–2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən də fərqlənmə diplomuna layiq görülüb.

  • 1995–2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib.
  • 2000–2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb.
  • 2005–2006-cı illərdə Almaniyanın Detmold Konservatoriyasında (Hochschule für Musik Detmold) bəstəkarlıq üzrə professor Martin Kristof Redelin sinfində təhsilini davam etdirmişdir.
  • 2005-ci ildən Almaniyanın Detmold şəhərində yaşayır.

İlk azərbaycanlı bəstəkar və musiqişünas olaraq Almaniyada "Azərbaycanın 20-ci əsr musiqi mədəniyyəti və Qərb musiqisinin təmayülləri" mövzusunda dissertasiya müdafiə etmişdir. 2013-cü ildə dissertasiya elmi işi Almaniyanın məşhur "Peter-Lang Verlag" nəşriyyatında çap edilib və bir çox ölkələrdə yayılıb.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Xədicə Zeynalova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi 1999-cu ildən müxtəlif musiqi festivallarında, plenumlarda və konsertlərdə öz əsərlərimlə çıxış etmiş, müxtəlif teatrlarla əməkdaşlıq edərək 10-dan çox tamaşaya musiqi bəstələmişdir.

Bəstəkar və musiqişünas kimi 30-dan çox kitab və dərsliklərin müəllifidir. Əsərlərii və kitablarıi Azərbaycan, Almaniya, Hollandiyaİngiltərədə uğurla nəşr edilib.[2]

Bəstələdiyi "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig Van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsi" və s. musiqi əsərləri Kanada, Fransa, Avstriya, İsveç, Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub.[3] 2007-ci ildən ilk azərbaycanlı qadın bəstəkar kimi Almaniyanın aparıcı Performans Hüquqları Təşkilatı olan GEMA-nın və 2023-cü ildən "Beynəlxalq Qadınlar Musiqidə" İttifaqının üzvüdür.

  • 2020-ci ildə Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyim xüsusi fəallığa görə" təşəkkürnamə.
  • 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Nizaminin 880 illiyi" medalı.
  • "Türk dünyasının şah əsərləri" layihəsində bəstəkar kimi "Təşəkkürnamə".
  • Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının diaspor fəaliyyətində xidmətə görə" medalı.
  • Friedrich-Ebert-Stiftung Doktor Təqaüdü mükafatı,
  • DAAD Təqaüdü mükafatı,
  • Almaniya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı,
  • Almaniya Şimali Reyn Westfaliya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı,
  • GVL Fondunun Təqaüdü mükafatı,
  • GEMA və Musikfonds Fondlarının Təqaüdü mükafatı laureatıdır.[4]
  1. "Azərbaycanlı bəstəkarın Almaniya uğuru". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  2. Şərq Qəzeti: Xədicə Zeynalova
  3. "Almaniyada Azərbaycan musiqisini təbliğ edən azərbaycanlı bəstəkar Xədicə Zeynalova". 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  4. Xədicə Zeynalova: əsərləri Avropanı dolaşan bəstəkar