Xədim Həsən Ağa

Xadim Həsən Ağa (1486, Sardiniyabilinmir, Əlcəzair) — Osmanlı bəylərbəyisi, dənizçi.

Xadim Həsən Ağa
Doğum tarixi 1486
Doğum yeri Sardinya
Vəfat tarixi bilinmir
Vəfat yeri
Vətəndaşlığı Osmanlı İmperiyası, Əlcəzayir Bəylərbəyliyi
Fəaliyyəti Dənizçilik, Piratlıq, Əlcəzayir bəylərbəyi

Əslən Sardiniya adasından olan Həsən Ağa, məşhur pirat Xeyrəddin Barbarosun himayasındə yetişmiş, onun 1533-cü ildə Osmanlı Donanmasına rəhbərlik üçün İstanbula çağırılmasından sonra Əlcəzayir Bəylərbəylində 10 il hökmdarlıq etmiş Osmanlı dənizçi, hərbçi, pirat olmuşdur.[1][2][3]

1541-ci ildə Müqəddəs Roma imperiyasının liderliyində, V Karl, Andrea Doria, Fernando Alvares de Toledonun başçılığı altında birləşmiş xrisyan qüvvələrinin Əlcəzairə hücumu Həsən Ağanın uğurlu taktikası ilə müvəffəqiyyətsizliklə nəticələnir.[4]

1543-cü ildə Tlemsen səfərindən sonra osmanlı əsgərləri ilə arasında yaranan narazılıq Həsən Ağanın gözdən düşməsinə səbəb olmuşdur. Xeyrəddin Barbarossanın qərarı ilə hakimlikdən azad edilmiş yerinə bir müddət Hacı Paşa gətirilmişdir.

Tam ölüm tarixi bilinməsə də, 1545-ci ildə vəfat etdiyi güman edilir.

Portretinin səhv salınması

[redaktə | mənbəni redaktə et]
2012-ci ildə buraxılmış Azərbaycan poçt markası

Alman zərgər, qravür ustası, naşir və rəssam Theodor de Bry (1528–1598) tərəfindən 1596-cı ildə çəkilən portret bir çox mənbələrdə səhvən Uzun Həsənə aid edilmişdir. Fransız yazıçı Jean Jacques Boissard (1528–1602) tərəfindən yazılmış "Vitae et Icones Sultanorum Turcicorum, etc"[5] (Türk Sultanların həyatları və ikonaları, 1596–1597) əsərin 218-ci səhifəsində Həsən Ağa haqqında məlumat verilmiş, məlum portret dərc edilmişdir.

John E. Woodsa aid "Ağqoyunlu" (The Aqquyunlu: Clan, Confederation, Empire) əsəri 1993-cü ildə Türkiyədə "Milliyet Yayın"ın tərəfindən türk dilində çap edilərkən, kitabın cildində həmin portret Uzun Həsən imiş kimi göstərilib.[6]

2012-ci ildə Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illiyinə həsr olunmuş poçt markalarında Cəzayir hökmdarı Xadim Həsən Ağanın təsvir edildiyi portret Uzun Həsən adı ilə çap edilmişdir.[7]

2016-cı ildə Tofiq Nəcəflinin nəşr etdirdiyi "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu Dövlətləri" kitabın cildində Xadim Həsən Ağaya həsr edilmiş həmin portretdən istifadə edilmişdir.[8]

  1. "Arxivlənmiş surət". 2019-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  2. Uzunçarşılı, İsmail Hakkı (1983). Osmanlı Tarihi, II cild. Ankara. səh: 371. ISBN 975–16–0012-X.
  3. Abun-Nasr, Jamil M. (1987). A History of the Maghrib in the Islamic Period. Cambridge University Press. səh: 151. ISBN =0521337674.
  4. M. Th. Houtsma (1993). E. J. Brill's First Encyclopaedia of Islam, 1913–1936. Brill Publishers, IV cild, səh: 872. ISBN 9004097902.
  5. Res Turcicae, id est, Plena & succincta descriptio vitae rerumque gestarum imperatorum Turcicorum, Jean-Jacques Boissard, 1632, səh: 2018
  6. E.Woods, John. 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular (türk). İstanbul: Milliyet Yayınları. 1993. ISBN 975506125X.
  7. "Arxivlənmiş surət". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
  8. "Arxivlənmiş surət". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]