Xələf Mançarov

Xələf Mançarov — inşaatçı

Xələf Mançarov

1940-cı illərdə Qubadan Sumqayıta komsomol putyovkası ilə gələn gənc Xələf əmək fəaliyyətinə məhz burada başlayır. O, əvvəlcə V.İ.Lenin adına boru-prokat zavodunun tikintisində çalışır. Sonra yaşayış yerlərinin tikintisinə cəlb olunub. 1957-ci ildə S.Vurğun adına mədəniyyət sarayının tikintisində çalışanda Sov.İKP üzvlüyünə qəbul edilib. Uzun illər idarə partiya təşkilatının katibi olub.

Sumqayıt şəhərinin tikintisində böyük əməyi olmuş Xələf Mançarovun başçılıq etdiyi briqadanın üzvləri yüzlərlə yaşayış evi tikmiş, minlərlə sumqayıtlıya yeni mənzil almaq sevinci bəxş etmişdir. Onun başçılıq etdiyi briqada hər zaman sosializm yarışının önündə addımlamışdır.

Əmək fəaliyyəti dövründə Xələf Mançarovun mükafatları, təltifləri çox olub. O, IX, X, XI beşilliklərin qalibi döş nişanlarını alıb. "Şərəf Nişanı" ordeninə və Lenin yubiley medalına layiq görülmüşdür.

Mənbə[redaktə | mənbəni redaktə et]

B. Bilalov, "Yüz ilin inşaatçısı".