Xəlifə Əli və Məhəmməd Mömin turbəsi

Xəlifə Əli və Məhəmməd Mömin turbəsi — Buzovna qəsəbəsindəki köhnı qəbirstanlıqda Xəlifə Əli türbəsində 3 qəbir vardır. Qəbirlərin hər 3nün üstündə sənduqə və başdaşları qoyulmuşdur. 1nin başdaşı sınıb düşmüşdür. Bu abidələrdən istər forması, istərsə də kitabələrinin zənginliyinə görə Xəlifə Əlinin oölu Məhəmmdəin abidəsi diqqəti cəlb edir. Baş daşı öz formasına görə Quba rayonunun pirvahid kəndindəki "66 övliya" qəbirstanlığındakı başdaşlarını xatırladır. Lakin kitabələrin məzmunu başqadır. Başdaşının üz tərəfini kənardan əhatəedən haşiyədə farsca nəzm ilə qəmgin şer yazilmişdir. Yan tərəfində də bele şerlər vardır. Saə tərəfində yazilmiş kitabə beledir:

2 əfsus olsun ki bu cahan baxcasindan getdin. Bu gül-çiçək bağından, həsrət dağiyla getdin. Fələk cavanlığına bir rəhm etmədi. Min heyf ki bu dünyadan təzə cavan getdin" Kitabələrdə maraqli cəhət Məhəmməd mömin bin Xəlifə Ili, bin Xəlifə Quç Əli, bin Xəlifə Şeyx Kamalın adlarının çəkilməsidir. Buradan məlum olur ki, Şeyx Kamal Qoç Əli və oğlu Əli Abşeronda xəlifəlik etmişdir.

Xəlifə Əli türbəsindəki qəbrin üstünə qoyulmuş başdaşının üz tərəfindəki kənar haşiyədə Qurandan 2-ci surənin 256-ci ayəsi yazilmişdir. Başdaşının kənarları da çiçəklərlə haşiyələnmişdir. Arxa tərəfində isə qadın ayaqqabısı, kuzə, təsbih vəs şəkillər çəkilmişdir. Ktabədə mərhmun adı və vaxtı yazilmamışdır. Rəsmlərdən təxmin olunur ki 2ci qəbr xəlifələrin qadın qohumudur. 3cu qəbrin üzərində də Qurandan ayələr yazilmişdir və ehtimal olnur ki bu qəbir Məhəmmədin atasi Xəlifə Əlinindir.