Xəlil Əlimirzəyev

Əlimirzəyev Xəlil Oruc oğlu (1918, Qutqaşın1976, Bakı) — tarix elimlər doktoru, professor.[1]

Xəlil Əlimirzəyev
Doğum tarixi
Doğum yeri Qəbələ rayonu, (Qutqaşın) Mirzəbəyli kəndi
Vəfat tarixi
Vəfat yeri Bakı
Elmi dərəcəsi tarix elimlər doktoru
Elmi adı professor

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəlil Əlimirzəyev 1918-ci ildə indiki Qəbələ rayonunun (Qutqaşın) Mirzəbəyli kəndində anadan olmuşdur.[2]

1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1948-ci ildə Universiteti bitirib. 1946-1947-ci illərdə Azərbaycan Respublikası MK-da təlimatçı işləyib. 1948-ci ildə Universitetin aspiranturyasının bitirib. 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

20 monoqrafiya və kitabın müəllifidir. 300 çap vərəqəsi həcmində məqalənin müəllifidir. 2 dəfə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib. Bir sıra orden və medalları var.

1976-ci ildə vəfat edib, Bakıda 2-ci fəxri xiyabanda dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əlimirzəyev Xəlil Oruc oğlu (1918–1976)". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.