Xəlil Paşa

Xəlil Paşa (türk. Halil Paşa; 1857, İstanbul1939, İstanbul) — Türkiyə rəssaml.

Xəlil Paşa
Doğum tarixi
Doğum yeri İstanbul, Beylerbeyi
Vəfat tarixi
Vəfat yeri İstanbul, Beylərbeyi
Vətəndaşlığı  (türk.)
Fəaliyyəti rəssam
Təhsili
Janr peyzaj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəlil Paşa 1857-ci ildə İstanbulda Bəylərbəyində ,Rodos əsilli bir ailədə dünyaya göz açmışdır. Atası Səlim Paşa Məktəb-i Hərbiyənin əsasını qoyan hərbiçilərdən biri olmuşdur. Mühendishane-i Berrî-i Hümâyûnu (bugünkü İstanbul Texnik Universiteti) bitirdi. Məzun olar-olmaz saraya dəvət edildi və liseylərdə rəsm müəllimi kimi fəaliyyətə başladı. Uzun müddət davam edən təkid və xahişlərdən sonra atası onu rəsm təhsili almaq üçün Parisə göndərdi. Səkkiz il qaldığı Parisdə məşhur rəssam Jean-Léon Gérômenin emalatxanasında çalışdı. 1889-cu ildə Paris Beynəlxalq sərgisində sərgilənən bir rəsmi ilə medal qazandı. Vətənə geri döndükdən sonra məktəblərdə rəsm müəllimi olaraq çalışdı. 1906-cı ildə Hərbiyyə məktəbinə rəsm müəllimi təyin olundu və "Paşa " adını aldı. Lakin iki il sonra Məşrutənin elanı ilə çıxarılan bir qanuna görə rütbəsi endirilidi və bundan sonra o ordudan ayrılaraq tamamən rəsmə yönəldi.[1] Sənətə həvəsi olan tələbələrə rəsm dərsi verən Xəlil Paşanın tələbələri arasında Müfidə Kadri də var. Hansı ki, tarixədə ilk qadın rəsm müəllimi kimi tanınır. Ölkənin ilk gözəl məktəbi olan Senayi-i Nefise Məktəb-i Alisində müəllimlik edən Xəlil Paşa, 1917-1918-ci illərdə məktəbin rəhbərliyini öz üzərinə götürmüşdür.Təhsil üçün getdikləri Fransadan Birinci Dünya müharibəsi səbəbi ilə geri dönən 1914-cü ilin gənc rəssamları ilə yeni-yeni rəsmlərin yaradılması təmin etdilər.Həyatının son illərində Misirdə hidiv ailəsinin bir fərdi olan Abbas Həlim Paşanın qonağı oldu. Son illərini rəsmlər yaradaraq keçirən Xəlil Paşa "Misir sarayına rəsmi gətirən sənətkar" olaraq tanındı.[2]

1939-cu ildə İstanbulda Bəylərbəyində dünyasını dəyişmişdir.

Xəlil Paşanın üç oğlu vardır. Böyük oğlu Səlim Misir kralı Fuadın keçmiş həyat yoldaşı şahzadə Şivəkar ilə evlənmiş, Fransada ticarətlə məşğul olmuşdur.Ortancıl oğlu Həlim bəy isə gənc yaşda dünyasını dəyişmişdir. Kişik oğlu Əli isə Parisdə rəsm təhsili aldıqdan sonra rəsm müəllimi kimi fəaliyyət göstərmişdir[2].

Yaradıcılığ

[redaktə | mənbəni redaktə et]
Rəssam qız və emalatxanası
Rəssam qız və emalatxanası
Madam X və ya "Əlcəkli qadın"
Madam X

Xəlil Paşanın əsərləri iki hissəyə ayrılaraq təhlil oluna bilər:

Parisdəki təhsil dönəmi, klassik və realist üslubun təsirindəki əsərləri və vətənə qayıtdıqdan sonra impressionizmin təsirindəki əsərləri. Sənətçi yaradıcılığının ilk dövrünə aid olan "Əlcəkli qadın (MadamX)" portreti ilə Parisdə bürünc medal qazanmışdır. Vətənə döndükdən sonra sə boğaz sahillərini, sahilə vuran yalı, qayıq kölgələrini impressionist biçimdə rəsm etmişdir.[1] Xəlil Paşa türk rəsmində işıq problemi ilə məşğul olan ilk sənətçidir.

Bəzi tabloları

[redaktə | mənbəni redaktə et]

"Sahildə Paşa və ailəsi" (1892)

"Madam X"(1899)

"Göksu dərəsiə baxış"(1902)

"Göysu dərəsi" (1903)

"Boğazdan Rumeli Hisarına baxış"(1903)

"Karvansarayda xalçaçılar"(1908)

"Baxcada qadınlar" (1917)

  1. 1 2 Xəlil Paşa, Boğaziçi universiteti Atatürk institutu, websaytı, kim kimdir
  2. 1 2 Taha Toros, "Antik dekor" dərgisi, N_45