Xəlil bəy Dizaği

Xəlil bəy Dizaği - Qızılbaş sərkərdəsi.

XƏLİL BƏY DİZAĞİ
Doğum yeri Qarabağ

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəlil bəy Qarabağın Dizaq nahiyəsinin Qaralar obasında dünyaya gəlmişdi. Bu oba Xatınbulaq kəndində yerləşirdi. Qaralar dəstəsi ilə Qızılbaş ordusuna qatılan Xəlil bəy tez bir zamanda məşhurlaşmışdı. Cəsur və cəngavər adam idi. Ona görə də şahın lütfünə səbəb oldu. Savaşda göstərdiyi bir çox şücaətə görə II Şah Abbas Səfəvi onu 80 tümən 8500 dinar ənam-ərməğanla təltif etmişdi. Qarabağ ərazisində tiyul və soyurqal almışdı. Xəlil bəyin Məhəmməd bəy adlı oğlu vardı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]