Xəlilov açarı — neft və qaz quyularının yeraltı təmirində nasos-kompressor borularını (diametri 20-dən 132 mm-dək) bağlamaq və açmaq, həmçinin APR tipli mexaniki açarlarla birgə işlənməsi üçün nəzərdə tutulan alət.
Alət ilk dəfə 1956-cı ildə Azərbaycan alimi A.A.Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib.[1]
Xəlilov açarlannın təyinatı montaj və demontaj işləri, quyularda qaldırma-endirmə əməliyyatları zamanı nasos-kompressor borularının açılması və bağlanması, həmçinin APR tipli mexaniki açarlarla birgə işlənməsi üçündür.[2]
Xəlilov açarlarının modelləri: KX 48/73; 73/89; 89/114; 114/127; 127/132