Xəmsə ərəbləri — İranın Fars ostanının köçəri və pastoral tayfası. Onlar Xəmsə konfederasiyasının bir hissəsidirlər. Körfəz ərəbcəsinin ləhcəsində danışırlar. Onların əhalisi təxminən 200,000 nəfərdir.[1]
Şeybanilər digər qrupdan əvvəl İranda məskən salmışdılar. Əvvəlcə Xorasanda məskən salmış, sonra Fars ostanına köçmüşdülər. Onların bir qrupu Xuzistanın Bavi şəhristanının Şeyban şəhərində yaşayır.[2]
Fars ostanında məskunlaşan Cabbarilər öz iddialarına görə, Məhəmmədin səhabəsi Cabir ibn Abdullahın nəslindəndirlər. Onların əcdadı Şeyx Cinah Fars ostanına məskən salmış və nəslinə “Cabbari” adını verərək Şeybani qızı ilə evlənmişdir.[2]
Xəmsə ərəbləri bir çox fars sözlərini qəbul edən ərəb dilinin Körfəz ləhcəsində danışırlar. Onların dilini digər ərəbcə danışanların başa düşməsi çətindir.[1]
Xəmsə ərəbləri əsasən şiə müsəlmanlardır, lakin sünni azlıqlar da var.[2]