Xəqani Həbiboğlu (Verdiyev Xəqanı Həbib oğlu; d. 18 aprel 1966, Şaplar, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi.
Xəqani Həbiboğlu | |
---|---|
Verdiyev Xəqanı Həbib oğlu | |
| |
Doğum adı | Xəqani |
Təxəllüsü | Həbiboğlu |
Doğum tarixi | |
Doğum yeri | Şaplar, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Həbib |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
İxtisası | riyaziyyat-fizika müəllimi |
Fəaliyyət illəri | 1979-indi |
Əsərlərinin dili | Azərbaycanca |
Xəqani Həbiboğlu 1966-cı il aprel ayının 18-də Kəlbəcər rayonunun Şaplar kəndində müəllim ailəsində anadan olub. 1973-cü ildə Şaplar kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Sonra təhsilini Kəlbəcər şəhər 1 saylı orta məktəbində davam etdirib. 1981-ci ildə həmin məktəbin tam kursunu bitirib.[1]
1983-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsnin riyaziyyat-fizika şöbəsinə daxil olub. Birinci kursu başa vurduqdan sonra, 1984-1986-cı illərdə Ukraynada ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra universitetdə təhsilini davam etdirib və 1990-cı ildə riyaziyyat-fizika müəllimi ixtisasına yiyələnib.
Hal–hazırda öz ixtisası üzrə müəllim işləyir.
Ailəlidir üç övladı var.
Şairin əmiləri Qəmkeş Allahverdi və İdris Verdiyev Azərbaycanın tanınmış şairləridir.[2]
1979-cu ildən dövri mətbuatda şeirləri, hekayələri və publisistik yazıları ilə müntəzəm çıxış edir.[1]
1998-ci ildə “Arxamca arana gəlibdi Tərtər”, 2006-cı ildə “Allah, məni özün dindir”, 2016-cı ildə “Dünya eşqin salamını almadı” şeirlər kitabı çap olunub.
Şeirləri müxtəlif dillərə tərcümə edilib.