Xəritə (İnformatika)

Xəritə (ing.map, ru.карта)- 1. Obyektin strukturunun təsviri. Məsələn, yaddaş xəritəsi obyektlərin yaddaşda yerləşməsini (düzülüşünü) göstərir, simvol xəritəsi isə proqramda simvolun adları ilə proqramda yaddaş ünvanları arasında assosiasiyaları sadalayır. 2. Bir obyektin və ya qiymətin başqasına çevrilməsi. Məsələn, kompüter qrafikasında xəritə üçölçülü obyektin müstəvidə və ya ikiölçülü görüntünün sfera üzərində təsvirini göstərə bilər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.