Xəsis (komediya)

Xəsis (fr. L'Avare) — məşhur fransız dramaturqu Molyerin komediya janrında yazdığı beş pərdəli əsəridir. İlk dəfə 1668-ci ildə Pale-Royal teatrında səhnələndirilmişdir. Əsərin məzmunu Plavtın "Aulularia" pyesindən ilhamlanaraq alınmışdır.

Xəsis
L'Avare
Müəllif Molyer
Janr komediya
Orijinalın dili Fransız dili
Ölkə
Orijinalın nəşr ili 1668
ISBN 9782091878232
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Harpaqon (fr. Harpagon) — Kleant və Elisin atası, Mariana aşiq
  • Kleant (fr. Cléante) — Harpaqonun oğlu və Marianın sevgilisi
  • Elis (fr. Élise) — Harpaqonun qızı və Valerin sevgilisi
  • Valer (fr. Valère) — Anselmin oğlu və Elisin sevgilisi
  • Marian (fr. Mariane) — Kleantın sevgilisi və Harpaqonun sevdiyi
  • Anselm (fr. Anselme) — Valer və Marianın atası
  • Frozin (fr. Frosine) — hiyləgər qadın
  • Simon usta (fr. Maître Simon) — simsar
  • Cak usta (fr. Maître Jacques) — Harpaqonun aşpazı və sürücüsü
  • Dama Kloud (fr. Dame Claude) — Harpaqonun xidmətçisi (qadın)
  • Brindavuan (fr. Brindavoine) və La Merluş (fr. La Merluche) — Harpaqonun xidmətçiləri
  • La Fleş (fr. La Flèche) — Kleantın xidmətçisi
  • Polis və köməkçisi

Səhnə Parisdədir.

Əhvalat Parisdə baş verir. Varlı və xəsis Harpaqonun iki övladı var: Kleant və Elis. Kleant anasıyla kasıb həyat tərzi yaşayan Marianla evlənmək istəyir, qızı Elis isə atasının qulluğunda duran Valerə aşiqdir. Uşaqlarının sevgi macəralarını bilməyən Harpaqonun fikri isə tam başqadır. O, uşaqlarının ikisini də varlı insanlarla evləndirmək istəyir. Marianı isə hiyləgər Frozin sayəsində özünə gəlin gətirmək istəyir. Atasının niyyətindən xəbərdar olan kimi Kleant təcili pul tapmağa çalışır, faizlə pul verən insanları araşdırmağa başlayır. Harpaqon isə oğurlanacağından qorxduğu qızıllarını sandığa qoyub baxçada basdırır.

Harpaqon istəklərini həyata keçirmək üçün Marianı şam yeməyinə dəvət edir. Onunla birlikdə Frozin və qızını evləndirməyi düşündüyü Anselmi də çağırır. Kleant və Marian Frozindən onlara kömək etməsini istəyirlər. Frozinin fikrinə görə Harpaqonun Mariandan əl çəkməsi üçün varlı və adlı-sanlı bir qadınla rastlaşmalıdır. Həmin vaxt Harpaqon oğlunun Mariana etdiyi etirafları eşidir və evdə qiyamət qopur.

Qızıllarının yerində olmadığını görən Harpaqon evə polis çağırır və hamıdan şübhələndiyini deyir. Sandığı Kleantın xidmətçisi La Fleş tapıb sahibinə verir. Hər şeyi itirdiyini düşünən Valer öz həyat hekayəsini danışır və hekayənin sonunda Anselmin Valer və Marianın atası olduğu ortaya çıxır. Nəhayət, Harpaqon cehiz və toy xərcindən boyun qaçırmaq şərti ilə övladlarının sevdikləri insanlarla ailə həyatı qurmasına razı olur.