Xətti proqramlaşdırma (en. linear programming) – xətti funksiyadan təşkil olunmuş və birbaşa, birqiymətli həll üçün yetərli şərtləri olmayan tənliklər sisteminin optimal həllini tapan proqramların yaradılması texnologiyası. Xətti proqramlaşdırma metodlarının köməyilə iqtisadiyyatla bağlı çoxlu sayda ekstremal məsələ həll edilir. Bu məsələlərdə funksiyaların ekstremum qiymətləri (maksimum, yaxud minimumları) axtarılır. Xətti proqramlaşdırma metodları iqtisadiyyatla yanaşı, texnikada və hərbi sahədə də geniş tətbiq olunur.