Xəyalə Quliyeva (26 aprel 1980, Bakı) — azərbaycanlı aktrisa, teleaparıcı.
Xəyalə Quliyeva | |
---|---|
Doğum tarixi | 26 aprel 1980 (44 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Yusif Musayev[1] |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2003-cü ildən |
Təhsili |
Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak etmişdir. Onun bu istedadını müəllimləri də çox sevindirmişdir. Məktəb illəri Azərbaycanın tarixində çətin dönəmlərə düşməsinə baxmayaraq, aktrisa təhsilindən geri qalmamış, bütün çətinliklərə baxmayaraq məktəbi yaxşı qiymətlərlə bitirmişdir.
Eyni zamanda qarmon ifaçılığı üzrə musiqi məktəbini də yaxşı qiymətlərlə bitirmiş, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur.
Tələbəlik illərində də öz istedadı ilə fərqlənən Xəyalə tez-tez müxtəlif tədbirlərə aparıcı və aktrisa kimi dəvət olunur. 2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında "Çəkirəm Haa" proyekti ilə efirə çıxmışdır. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çox saylı izləyici kütləsi yığmışdır.
2018-ci ildə qatıldığı Maşın şou 17-ci sürət Hind Kinosu proyektində tamaşaçıların dəstəyi ilə şounun qalibi olmuşdur.[2]
2023-cü ildə "Komedixana" layihəsinin Heydər Əliyev Sarayında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hazırladığı "Qartopu" adlı 3 günlük solo konsertdə əsas rolları canlandırıb.[3][4]
2004-cü ildə Yusif Musayevlə ailə həyatı qurmuşdur.[5] 2007-ci ildə oğlu Məhəmməd[6][7], 2012-ci ildə isə qızı Arzu dünyaya gəlmişdir.[8] [9]