Xəyal Abdullayev – yazıçı - publisist, radio - aparıcı, fərdi inkişaf və biznes üzrə beynəlxalq təlimçi.
Xəyal Abdullayev 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini 1 saylı tam orta məktəbdə almışdır. Məktəb illərində ictimai işlərdə həmişə fəallıq göstərmiş, daima fərqlənmişdir. Oxuduğu məktəbdə bir çox “Fəxri” mükafatlara layiq görülmüşdür. Orta təhsilini 2012-ci ilin may ayında bitirib müvəffəqiyyətlə başa vurmuşdur. Uşaqlıqdan elmə, tarixə, ədəbiyyata, mədəniyyətə, musiqiyə, teatra və incəsənətə, rəssamlığa eləcə də mütaliəyə böyük marağı olmuşdur. Orta təhsilini bitirib məzun olduqdan sonra isə 2012-ci ilin 14 iyul tarixində Azərbaycan İctimai–Siyasi Universitetinin Filologiya şöbəsinə (əyani) qəbul olmuşdur. İxtisası ingilis filologiyası olmuşdur. Orada filologiya fakültəsinin Dil və ədəbiyyat müəllimliyi (İngilis dili) ixtisasında təhsil almışdır. Bu universitetdə 2 il təhsil almışdır. Universitetdə oxuduğu illərdə sayılıb-seçilən, ən fəal tələbələrdən biri olmuşdur. Universitetin ictimai sferasında da çox aktiv biri olmuşdur. 2014-cü ilin sentyabr ayında müəyyən səbəblər üzündən həmin universitetdən başqa bir özəl ali məktəbə - Bakı Asiya Universitetinə köçürülmüşdür. 2015 -ci ildə isə Bakı Asiya Universitetindən Qərb universitetinə köçürülmüşdür. Hal-hazırda Qərb Universitetinin İngilis filologiyası fakültəsində 4-cü kurs tələbəsidir. Eyni zamanda 2015-ci ildə Bakı Slavyan Universitetinin nəzdindəki Yaradıcılıq fakültəsinə daxil olmuşdur. Hal-hazırda orda da təhsil alır.
Sosial və gənclər sferasında 5 ildən çoxdur ki, fasiləsiz olaraq fəaliyyət göstərir. Könüllülük təcrübəsi vardır. Bir çox gənclər təşkilatlarında komanda rəhbəri (Team leader) vəzifələrində faəliyyət göstərmişdir. Bir çox layihə, bilik yarışmaları, seminar, təlim/treyninq, beynəlxalq konfrans, eyni zamanda dövlət səviyyəli tədbir və festivalların fəal iştirakçısı olmuşdur. Sosial və fərdi uğurları kifayət qədərdir. Daima göstərdiyi fəallığa görə isə bir çox mükafat, diplom, fəxri fərman və sertifikatlarla təltif olunub. Üzv olduğu və fəaliyyət göstərdiyi əsas təşkilat Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı - dır (AGAT). Rejissorluq, ssenaristlik və kinooperatorluq sahəsində də çalışmışdır. Bu sahələrdə fəaliyyət göstərərək bir çox təcrübə qazanmışdır. Orta məktəb illərində bir çox video çarxlar, eləcə də qısa filmlər çəkib hazırlamışdır. Oxuduğu ilk ali məktəbdə (Azərbaycan İctimai – Siyasi Universiteti) universitetin Şən hazırcavablar və KVN klubunun əsas yaradıcılarındandır. Elə həmin univesitetdə KVN –in nəzdində hazırlanıb səhnəyə qoyulmuş bir çox tamaşanın ssenari müəllifi və rejissoru özü olmuşdur.
2011-ci ildən başlayaraq yazıçılıqla məşğuldur. Yazıçılıq və jurnalistik fəaliyyəti var. 5 ildən çoxdur ki bədii və elmi yaradıcılıqla məşğul olur. Elmi – publisistik məqalələri, oçerkləri, esseləri, hekayələri və fərdi inkişaf yazıları var. Yaradıcılığı ancaq proza üzərində qurulub. Əsərləri daima mətbuatda işıq üzü görmüşdür.Yazıları 2000 tirajla qəzetlərdə, jurnallarda, müxtəlif internet saytlarında (hamar.az, dialoq.info, persona.az, xeberman.com, kobra.az,sim-sim.az, ədəbiyyat.biz, manera.az) və s. KİV-lərdə nəşr olunmuşdur. 1 dekabr 2014 –cü ildə “Azərbaycan Dövlət Kukla Teatrı” haqqında yazdığı elmi məqaləsi ilə ölkə səviyyəsində keçirilən “GƏNC YAZAR” müsabiqəsinin qaliblərindən biri olmuşdur. İndiyədənədək çapa vermədiyi bir çox əsəri vardır. Hal-hazırda bədii və elmi yaradıcılığını davam etdirir. 2 kitab üzərində çalışır.
2014 – cü ildən başlayaraq təlimçiliklə məşğuldur. 2015-ci ildə Beynəlxalq Təlimçilik Akademiyasının proqramını bitirib beynəlxalq trener məzunu olmuşdur. Sosial və biznesyönümlü təlimçidir. Aşağıdakı mövzular üzrə təlimlər keçir:
Liderlik
Motivasiya
Karyera quruculuğu
Natiqlik
Uğurlu ünsiyyət
Komanda işi
Layihələrin yazılması
Bədən dili
Təqdimat bacarıqları
Marketinq
Sɑtış danışıqları
Biznes-planların yazılması
Biznes etikası
Beyin gücü
2015-ci ilin mart ayından İrəli İctimai Birliyinin nəzdində olan gənclər radiosu İrəli Radio-da aparıcı- dj kimi çalışır.Eyni zamanda müxbir kimi də fəaliyyət göstərib.