Xəyanət

Xəyanət — Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.[1]

Xəyanət
Müəllif Elxan Elatlı
Janr Dedektiv
Orijinalın dili Azərbaycan
Ölkələr Azərbaycan Azərbaycan
Nəşriyyat TEAS Press
Səhifə 404
ISBN 9789952520668

Məzmun[redaktə | mənbəni redaktə et]

Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır. Bütün cinayətlərin başında məs Niyazi Məlikxanlının ən yaxın dostu Ruslan Dadaşov dururmuş. Əsərdə o qədər xəyanət var ki… Ruslan Dadaşov Niyazi Məlikxanlını qətlə yetirərkən qətli elə məharətlə hazırlamışdır ki, sanki bu sui-qəsddir. Niyazinin yoldaşı Gülafət xanımın ərinə xəyanəti, ərinin ən yaxın dostu Ruslan Dadaşovla… Sonda hər ikisi də xəyanətin cəzasını ödəyirlər. Hər ikisi avtomobil qəzasında həlak olur. Əsərdə bir çox müsbət obrazlar da var ki, oxuduqca başa düşürsən ki, həyatda güvənə biləcəyin insanlar da var. Mahir, Nuranə xanım kimi… Sadəcə onları düzgün qiymətləndirmək lazımdır. Əsərdə Qanbay Qasımlının dilindən deyilir: Xəyanətin nə olduğunu, necə yarandığını indiyə qədər dəqiqləşdirə bilməsəm də, bir şeyi dəqiq bilirəm: elə adamlar var ki, onlar xəyanət etməyi sadəcə olaraq bacarmırlar. …Onlar belə böyüyəcəkdilər… Ola bilsin nə vaxtsa, kimsə onlara xəyanət edəcəkdi. Ya, kim bilir, bəlkə də onlar özləri kiməsə xəyanət edəcəkdilər… İndi isə sakitcə yatırdılar. Hər şeydən xəbərsiz. Bəlkə də onılar heç bilmirdilər ki, dünyada xəyanət adlı bir şey var. ancaq biləcəkdilər… Mütləq biləcəkdilər!..[2]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
  2. "Arxivlənmiş surət". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.