Xəyyat Mirzə

Xəyyat Mirzə (1885, Bozalqanlı25 dekabr 1922, Bozalqanlı, Tovuz rayonu) — Azərbaycanın tanınmış aşıqlarından biri.

Xəyyat Mirzə
Doğum tarixi 1885
Doğum yeri
Vəfat tarixi 25 dekabr 1922(1922-12-25)
Vəfat yeri
Dəfn yeri
Atası Abbasqulu
Fəaliyyəti şair
Vikimənbənin loqosu Xəyyat Mirzə Vikimənbədə

Mirzə Abbasqulu oğlu Mirzəyev 1885-ci ildə indiki Tovuz rayonunun Bozalqanlı kəndində dülgər ailəsində dünyaya gəlmiş, kiçik yaşlarında mollaxanada dərs almışdır.

Atası Abbasqulu onu dərzi yanına şagird qoymuşdur. Dərziliyi öyrənməklə yanaşı, onda şeirə, sənətə böyük maraq olmuşdur. Dərzi olduğundan şeirlərini də "Xəyyat" (dərzi) təxəllüsü ilə düzüb qoşmuş, xalq şeiri üslubunda yazıb yaratmışdır. Bozalqanlı Xəyyat Mirzə tə xəllüsü ilə tanınmışdır. Aşıq Hüseyn Bozalqanlı, Şair Vəli ilə deyiş mələri məşhurdur. Hazırcavablığı, istedadı ilə həmişə mühitin marağı na səbəb olmuşdur. Haqqında "Mirzə-Nazənin" dastanı yaranmışdır.[1]

Xəyyat Mirzə 1922-ci il dekabr ayının 25-də öz kəndlərində vəfat etmiş və orada dəfn olunmuşdur.

Xəyyat Mirzənin ilk kitabı 1966-cı ildə çap olunmuşdur.

  • "Könlüm hicran otağı", Bakı, 2010.[2]
  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. Xəyyat Mirzə işığında…