Xəzər Gəncəli (26 yanvar 1956, Bakı) — Azərbaycan rejissoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (23 aprel 1997), Azərbaycan Respublikasının Əməkdar Artisti (16 oktyabr 2018)
Xəzər Gəncəli | |
---|---|
Xəzər Novruz oğlu Gəncəli | |
Doğum tarixi | |
Doğum yeri |
Bakı Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Atası | Novruz Gəncəli |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1978-ci ildən bu günə kimi |
Mükafatları |
Xəzər Novruz oğlu Gəncəli 1956-cı il yanvar ayının 26-da Bakı şəhərində şair-dramaturq Novruz Gəncəlinin ailəsində dünyaya gəlib.1973-78-ci illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakultəsini bitirərək dram rejissoru ixtisasına yiyələnmişdır. Bir müddət Universitetin nəzdində yerləşən “Tədris teatrı”nda rejissor işləmiş, daha sonralar isə fəaliyyətini Gənc Tamaşaçılar Teatrında baş rejissorun truppa üzrə köməkçisi vəzifəsi ilə davam etmişdir (1987-1990). 1990-cı ildən 2000-ci ilə qədər X.Gəncəli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsində “Aktyor və rejissor sənəti” fənnindən dərs demiş, burada pedaqoji fəaliyyət göstərmişdir. X. Gəncəli 2000-ci ildən etibarən Türkiyə Cümhuriyyətinə getmiş və 2014-cü ilə qədər əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzində, daha sonralar, “Dərya Öncü Egitim” qurumunda və İstanbul Mərmərə Universiteti “Atatürk Egitim fakultəsi”ndə həm rejissor, həm də pedaqoq kimi fəaliyyət göstərmiş bu müəssisələrin səhnəsində müxtəlif janrlı pyeslərin tamaşaya hazırlanmasına rejissor olaraq quruluş vermişdir. Bunlardan Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” (2003), Mirzə Fətəli Axundzadənin “Yıxılasan, Paris!” (2004), Güngör Dilmenin “Deli Dumrul” (2005), Turqut Özakmanın “Töre” (2006), Üstün İnancın “İstanbulun Fəthi” (2007), Tuncər Cücənoğlunun “Dosye” (2008), Jan Batist Molyerin “Meşşan dvoryanlıqda” (2009), Nəcib Fazıl Kısakürəyin “Para” (2010), Vilyam Şekspirin “Venetsiya taciri” (2011), İbrahim Şinasinin “Şair evlənməsi” (2012) tamaşalarını misal göstərmək olar.
Xəzər Gəncəli İstanbulun Mərmərə Universitetində pedaqoq kimi fəaliyyət göstərən yeganə həmyerlimiz olmuş və burada onun “Yönetmen ve oyun” (“Rejissor və pyes”) adlı elmi-nəzəri kitabı nəşr olunmuşdur (2011).
2014-cü ildən etibarən X. Gəncəli Azərbaycana geri dönmüş və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 22 dekabr 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunmuşdur. Bu teatrda 2018-ci ilə qədər 11 səhnə əsərinə quruluş vermişdir.
X. Gəncəli həmcinin Türkiyə Cümhuriyyətində fəaliyyəti dövründə bir necə filmlərə də çəkilmişdir. “Sevgi ana” (inspektor, 2003), “Yusuf yüzlü” (aptekçi Murad, 2004), “Kareli çay” (Çayçı rolu, 2008), “Qırx altı nömrəli oda”, (Rüstəm, 2008), “Yaxşı cazibə”, (Gəray, 2011) obrazlarına və Azərbaycanda isə “Əfsanənin qayıtması” filmində isə 2018-ci ildə Doktor obrazına çəkilmişdir.
Türkiyə Cümhuriyyəti “Öncü Egitim Kurumları” səhnəsində:
Türkiyə Cümhuriyyəti İstanbul Böyükşəhər Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzi səhnəsində:
Mingəçevir Dövlət Dram Teatrrının səhnəsində:
Xəzər Gəncəli Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 aprel 1997-ci il tarixli sərəncam ilə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.