Xəzər Waterfront

Xəzər Waterfront. Bakı bulvarında inşa edilən ticarət-əyləncə mərkəzi

Xəzər WaterfrontBakı bulvarında inşa ediləcək ticarət-əyləncə mərkəzi.

Mərkəz Bakı bulvarının qərb hissəsində, parkın yeni hissəsi ilə köhnə hissəsinin birləşdiyi yerdə, Əl Oyunları sarayının yaxınlığında inşa edilir. ilkin olaraq “Xəzər Waterfront” layihəsi adlandırılan tikili 3,5 hektar ərazini əhatə edir. Tikili "Sydney Opera House" həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görüntüsündədir.

120,000 m² ümumi sahəsi olan bina 9 mərtəbəli olacaq. İkimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub, цst hissə isə 7 mərtəbədən ibarət olacaq. Ьərkəzdəki alova bənzəyən tikilinin hündürlüyü 70 metrə çatacaq.

Hazırda ərazidə tikinti-quraşdırma işləri davam etdirilir. Layihənin 2016-cı ildə təhvil verilməsi gözlənilir[1]

  1. "Arxivlənmiş surət". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-07.