Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 4 dəqiqə əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Xəzər dənizində qasırğalar - Qasırğa dənizdə böyük fırtınalar və quruda dağıntılar yaradan güclü küləklərdir. Qasırğa küləklərinin rejimi bu və digər rayonlarda atmosferin sirkulyasiyasının xarakterindən və ətraf relyefdən asılı olaraq formalaşır. Xəzər dənizində güclü küləklərin ola biləcəyi rayonlar Abşeron, Mahaçkala-Dərbənd və Aktau –Kəndərli hesab edilir.
Dənizdə qasırğaları yaradan, əsasən iki əks istiqamətdə əsən küləklərdir: şimal-qərb və cənub-şərq. Cənub-şərqdən gələn qasırğalar Mahaçkala-Dərbənd və Aktau-Kəndərli rayonları üçün xarakterikdir.
Abşeron rayonu isə şimaldan və şimal-qərbdən əsən daha güclü, fəlakət həddinə çatan qasırğalarla fərqlənir. Bu Böyük Qafqaz dağ silsiləsindən əsən güclü küləklərin, Abşeron yarımadasının şimal hissəsinə və sahillərinə eyni anda gəlib çatması nəticəsində baş verir. Hava axınları Abşerona daxil olur və onun hər tərəfini əhatə edir. Bu güclü qasırğalar nisbətən uzun müddətli olur və ilin istənilən fəslində baş verə bilir.
Abşeronda belə güclü qasırğalar qış mövsümündə, əsasən oktyabr-mart aylarında baş verir. Nə qədər ki, dənizin suyu tam soyumayıb qasırğalar böyük təhlükələr yaradır. Belə ki, onların yaranmasında dəniz suyu səthinin anomal isti olması böyük rol oynayır. Bu vəziyyət davamsız rütubət enerjisini yaradır, hansı ki, böyük miqdarda istilik enerjisinin kinetik enerjiyə çevrilməsini təmin edir.