Xəzər dermatolitonu (Dermatolithon capsicum (Foslie) Zaberzh. (Melobesia caspica Foslie, Litholepis caspica Foslie)) - qırmızı yosunlar şöbəsinə aid bitki növüdür. [1]
Xəzər dermatolitonu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.[1][2]
Nazik və ya kifayət qədər qalın qabıqlar əmələ gətirir, cavan olduqda yuvarlaq, yaşlandıqca qeyri-müəyyən çevrə formasını alır. Qabıqlar birqatlıdır, çox vaxt bir-birinin üzərinə söykənmiş olur və buna görə çoxqatlı görünür. Tallom bütün aşağı səthi ilə süxura yapışır. Hipotali hüceyrələri köndələn kəsikdə (14)23 – 34 sm hündürlükdə və 11-17 sm enindədir; hüceyrələrin uzunluğu eninə bərabərdir və ya iki dəfə ondan böyükdür. Konseptakul tetrasporangili, spermatangi və karposporlarla birgə 315 sm diametrindədir və hündürlüyü 143 mm. Tetrasporanginin hündürlüyü 46-65 sm və qalınlığı 26-37 sm; karposporlar demək olar ki, şarvaridir, 31-46 (63) sm diametrindədir. [3] [4]
Canlı və ölü balıqqulağı üzərində 4-6 m dərinliyində sinuziya, təsadüfi hallarda 14-15 m dərinliklərdə eyni tipli qruplaşma əmələ gətirir. Kolluq əmələ gətirmir.
Xəzərin cənub hissəsində geniş yayılmışdır. [5]
Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını yaradır. [5]
Təsərüfat fəaliyyətinin nəticəsi kimi lilin əmələ gəlməsi. Bu işıqlanmanı məhdudlaşdırır. [5]
Populyasiyanın vəziyyətinə nəzarət vacibdir. [5]
Bu məqalə qaralama halındadır. |