Xəzər ektokarpusu (Elmi adı - Ectocarpus caspicus).[1] — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.[1][2]
Kolcuq və dolaşıq çim şəklində bitir, hündürlüyü 0,5-2 sm-dir. Tallom əsasda və digər hissələrində inkişaf edən rizoidlərlə substrata yapışır. Rizoidlər bəzən stolonlar kimi substratın üzərində sərilir və belə olduqda rizoidlərdən yeni şaquli cücərtilər əmələ gəlir; nizamsız, çəngəlvari, növbəli və birtərəfli budaqlanır ; tallomun yuxarı hissəsində yan budaqlanmalar üstünlük təşkil edir. Budaqların qalınlığı kifayət qədər fərqli olur: əsas budaqlar 20-30 sm, yan budaqlar əsas budağa nisbətən nazik; uc budaqlar 9-13 sm qalınlıqdadır, çox vaxt uzun tükcüklə bitir.[3][4][5]
Cladophora yosununnun üzərində rast gəlinir.
Bakı buxtasına yaxın aşkar edilmişdir.[5]
Yeganə lokalitetində mənfi antropogen təsirlər azalma tendensiyasını yaradır.
Xəzər dənizinin və dəniz ətrafının çirklənməsidir.
Populyasiyanın nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.
Bu məqalə qaralama halındadır. |