Xəzər minoqası

Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar.

Xəzər minoqası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Xəzər minoqası
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur. Ağız dəliyində daxili dodaq dişlərinin sayı 10-11, bəzən 9 arasında dəyişir.Kür çayında ovlanan Xəzər minoqasının bədənin ümumi uzunluğu 32,5 - 48,8 sm, orta hesabla 40,7 sm, bədən kütləsi 70-165 q, orta hesabla 117,3 q olur.

Minoqaları şərti olaraq dəniz və çay minoqalarına ayırırlar. Dəniz minoqaları keçicidir. Bunlar Atlantik okeanında, Sakit okeanın Şimal sularında, Qərbi Avropa, Şimali Avropa və Şərqi Asiya, Şimali Amerikanın Sakit okeanı sahillərində rast gəlinir. Bu minoqaların Cənub yarımkürəsinin Cənubi Amerika, Avstraliya və Yeni Zelandiya sahillərində yaşayan növləri də vardır. Xəzər minoqası Xəzər dənizində, Kür çayının Varvara bəndinə, Araz çayının Bəhramtəpə bəndinə qədər olan hissələrində, Lənkərançay və Astaraçayda yayılmışdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Minoqalar dəniz sahillərində və şirinsularda yayılıb, keçici balıqdırlar. Minoqalar balıqlarla həm qidalanır, həm də onları yaralayır.Üzvü maddələr,detrid, lil, bitki qalıqları, yosunlar və balıq əti ilə qidalanırlar. Minoqalar bəzən balıqların üzərinə yapışaraq, yarımparazit həyat tərzi keçirirlər.

Xəzər minoqasının kürüləmə miqrasiyası noyabr-fevral aralığında baş verir. Kürülərini may ayından avqust ayına kimi çayın yuxarı hissəsinin qumlu-çınqıllı yerlərə tökürlər. Kürü tökmüş yaşlı fərdlər sonradan ölürlər. Sürfələrin inkişafı şəkildəyişmə yolu ilə gedir və bir neçə il davam edir. Yaşlı minoqanın formasını almış sürfələr dənizə qayıdırlar. Onlar dənizdə cinsi yetişkənliyə çatdıqdan sonra yenidən çoxalmaq üçün Kür çayına girirlər. Minoqa adətən payız-qış (noyabr-fevral) aylarında suda temperatur 6-11 °C olduqda çaya girir və çayda hərəkəti gecə vaxtı baş verir. Vətəgələrdə ovlanan minoqaların kütləsi 45-204 q olur. Azərbaycanın başqa vətəgə əhəmiyyətli balıqlarından fərqli olaraq minoqaların məhsuldarlığı o qədər də yüksək olmur. Onların əksəriyyətinin verdiyi kürünün miqdarı 23-25 min ədəddən çox olmur. Payız-qış aylarında çaya girən minoqalar çox gizli həyat tərzi keçirir. Bu dövrdə onların bir hissəsi quma girir, bəziləri isə bir-birinə sarınaraq yumaq şəklində daşlar arasında toplanır. Bu dövrdə onların fəallığı azalır, səsə və digər xarici təsirlərə çox zəif reaksiya göstərirlər, onları hətta ələ götürmək də olur. Çoxalma ərəfəsində erkək və dişi fərdlərdə ciddi dəyişikliklər baş verir. Erkəklər rəngini dəyişir, üzgəc və bədənləri uzanır, daha fəal olurlar. Suda temperatur 16-20 °C olduqda kürü tökməyə başlayırlar. Kürüdən çıxmış sürfələr xırda qurda bənzəyir, onların bədəni o qədər şəffaf olur ki, daxili orqanları aydın görünür. Bədənin aşağı hissəsində yerləşən sarılıq kisəsi sürfələrin ilk dövrdə qidalanmasını təmin edir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Qiymətli vətəgə balığıdır. Başlıca olaraq, Kür çayında, az miqdarda isə Lənkərançayda ovlanılır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Minoqa Xəzərin digər balıqlarından qidalılıq keyfiyyətinə, dadına, bədənində olan yağın miqdarına (31- 34%) görə fərqlənir. Ümumi Xəzər balıq ovunda minoqa həmişə mühüm yer tutmuşdur. Kür çayının axını tənzim olunduqdan sonra minoqa ehtiyatı kəskin surətdə azalmışdır. Minoqanın ehtiyatının artırılması üçün bu balığın qeyri - qanuni ovu üzərində, xüsusilə çoxalmaq üçün Kür çayına girən dövrdə, daim ciddi nəzarətin tə'min olunması, süni artırılma işlərinin həyata keçirilməsi vacibdir.[2]

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.125.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.178.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 326.
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh66.