Xəzər zəfəranı

Xəzər zəfəranı (lat. Crocus caspicus) — fəsiləsinin zəfəran cinsinə aid biki növü.

Xəzər zəfəranı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arealı[redaktə | mənbəni redaktə et]

Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır.[1]

Sinonim[redaktə | mənbəni redaktə et]

  • Crocus boryanus var. caspius (Fisch. & C.A.Mey. ex Hohen.) Herb. [2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12—17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5—7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5 – 2mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov – ellipsivari, kütdür. Tozcuq erkəkcikdən uzun, sarı rəngdədir; ağızcıq sarı, dar kürəkvari, bütövdür [3] [4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü oktyabr ayına təsadüf edir. Kriptofit (geofit), işıqsevən, duzlaşmaya davamlıdır. Soğanaq və toxumla çoxalır. Kolluqlarda, otlu yamaclarda qruplaşmalar əmələ gətirir. Dağətəyi qurşaqlarda daşlı və qayalı yerlərdə rast gəlinir [5] [6]. Dekorativ və dərman bitkisidir [7] , həmçinin qida kimi istifadə olunur.

Yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəranın dağlıq hissəsində yayılmışdır [4] [6] [7] [8] [9] .

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

İtmə təhlükəsi altında olan bir neçə mövcuddur, populyasiyanın sayı sürətlə azalır .

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (otarılma, tapdalanma, əhali tərəfindən intensiv yığılması populyasiyanın sayının azalmasını sürətləndirir).

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirlərin azaldılması məqsədilə yasaqlıqların təşkili, Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur [4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ö{POWO}}
  2. Xəzər zəfəranı:''The Plant List saytında takson barədə məlumat. (ing.)
  3. 1. Гроссгейм А.А., 1940.
  4. 1 2 3 2. Флора Азербайджана, 1952.
  5. 3. Ахундов Ф.Г., 1972.
  6. 1 2 4. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.
  7. 1 2 5. Əsgərov A.M., 2005.
  8. 6. Ибадлы О.В. 2005
  9. 7. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012.