Xəzinə qayası — Şuşanın cənub-qərb hissəsində yerləşən ərazi.
Xəzinə qayası | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Şuşa |
Hündürlüyü | 200 metr |
Eni | 2,134 metr |
Şuşanın cənub-qərb hissəsində yerləşən "Xəzinə qayası"nın hündürlüyü 200, eni 100 sajenə (1 sajen 2,134 metr uzunluq ölçüsüdür) bərabərdir. Adın yaranması haqqında belə bir rəvayət var: Ağa Məhəmməd şah Qacar qətlə yetiriləndən dərhal sonra hakimiyyəti ələ alan İbrahimxəlil xanın qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy Cavanşir onun Qarabağdan və hərbi səfərlərdə olduğu başqa yerlərdən topladığı çoxlu sərvəti, qızıl-gümüşü, zinət əşyalarını, külli miqdarda pulu və digər qiymətli əşyaları mis qablara doldurub başqalarının əlinə keçməməsi üçün gizlətməyi qərara alır. Həmin qabları gecə vaxtı iki erməni nökərin belinə yükləyib Qırxpilləkəndən Daşaltıya enərək Kirs dağının ətəyində, sıldırım qayaların altında daşlı-kəsəkli bir yerdə basdırır. Geri qayıdanda sirrin açılmaması üçün həmin erməniləri qayadan atır. Elə o vaxtdan da onun sərvətini gizlətdiyi yer el arasında "Xəzinə dərəsi", yaxud da əksər vaxtlarda "Xəzinə qayası" adlanır. Sonralar xəzinəni tapmaq üçün bəzi adamlar orada dəfələrlə axtarış aparsalar da, heç nəyə nail ola bilməyiblər".[1]