xBASE - dBASE proqramının verilənlər bazasının fayllarını oxuya, yaza, redaktə edə, dəyişdirə və hətta poza bilən istənilən proqramı ifadə edən ümumiləşdirilmiş termin. Ən populyar xBase-proqramları Microsoft FoxPro, CA-Clipper və Alpha Four’dur.
XBase - çox yüksək səviyyəli dillər və ya vizual dillərə aiddir.
xBase proqramlaşdırma dilinin dialektlərindən FoxPro (Foks-Pro) proqramı - əsasən relasiya verilənlər bazasının işlənməsində istifadə edilir.
xBase proqramlaşdırma dillərindən Visual FoxPro (VFP) proqramı - mərkəzində relyasiyalı verilənlər bazalarının idarəolunması sistemi olan obyekt-yönlü və prosedurlu proqramlaşdırma dilidir.
Bu məqalə qaralama halındadır. |