XVII-XVIII əsrlərdə dilçilik

Avropada xristianlığın yayılması orta əsrlərdə elmin bütün sahələrində o cümlədən dilçilik sahəsində də durğunluğa səbəb oldu.Orta əsrlərdə yalnız latın dili öyrənilirdi.Bu dövrdə elmi əsərlər,bədii əsrlər latın dilində yazılırdı.Bu dövrdə latın dili ilə yanaşı,yunan dili də tədqiqat obyektinə çevrilir.İntibah dövrü feodalizmdən kapitalizmə keçid dövrü idi.A.A.Reformatskinin fikrincə.bu dövr dil qarşısında üç əsas problem qoyur;

1. Milli dillərin yaranması və inkişafı.

2.Beynəlxalq miqyasda müxtəlif dillərin öyrənilməsi və mənimsənilməsi.

3.Antik dövr və orta əsrlər dilçilik irsinə münasibətin dəyişilməsi.

Bu dövrdə "insanlar arasında ən mühüm ünsiyyət vasitəsi" olan dil ümummilli xarakter daşımağa başlayır.Bu dövrdə məşhur İtalyan alimi Aligerin Dante kimi sima olmuşdur.A.Dantenin böyüklüyü ondadır ki o, nəinki ölməz "İlahi komediya" poemasını və şeirlərini,habelə elmi əsərlərini də ölü latın deyil,canlı ümumxalq danışıq dilində yazmışdır. Dante eyni zamanda dil məsələləri ilə maraqlananlardan olmuşdur.O,elmi əsərlərində bir sıra dilçilik problemlərinə toxunmuşdur.Dante "xalq dilinin bəlağəti haqqında" adlı elmi riyaləsində dilin mənşəyi məsələsinə toxunaraq yazır ki,insanlar təkcə əl hərəkəti vasitəsilə bir-birini başa düşə bilməzlər.Yeni dövrün əvvəllərində mill dillərin qrammatikaları məlum olduğu kimi,kanonik-Qərbi Avropanın yeni dilləri üçün latın dilində,Şərqi-Avropa dilləri üçün kilsə-slavyan dilində yazılırdı.İntibah dövrü qrammatikları arasında Pyotr Pameni xüsusi qeyd etmek lazımdır.O,Aristotelin sxolastikası əleyhinə çıxmış,yunan,latın və fransız dillərinin qrammatikalarını yazmışdır.Rame məktəbinin nümayəndələrindən olan Jakov Madsen Aarusu Danimarka dilinin səs quruluşunun sistemli təsvirinə və həmin dilin dialektlərinin bəzi xüsusiyyətlərinə həsr edilmiş "Hərflər haqqında iki kitab" adlı əsərini yazmışdır.İngilis filoloqu C.Uollisin "İngilis dilinin qrammatikası" əsəri də bu dövrün məhsuludur.Bu dövrdə dilçilik nəzəriyyəsində də əhəmiyyətli dəyişiklər baş verir.Milli dilin mənşəyi,formalaşma,mənbəyini və səbəblərini tədqiq edən əsərlər İtaliya,afransa,İngiltərə və Rusiya da çap edilir.Belə əsərlərəJ.Menajın "Fransız dilinin mənbələri",və "Fransız dilinin etimoloji lüğəti" əsərlərini və Ferrarinin "İtalyan dilinin mənbələri" əsərlərini nümunə göstərmək olar. Əvvəllər lüğət-komentariyalar və lüğət kataloqlar tərtib edilirsə,XVII əsrin sonu XVIII əsrin əvvəllərində yeni tipli lüğətlər-normativ izahlı lüğətlət tərtib edilir.İlk akademikizahlı lüğət 1612-ci ildə nəşr edilmiş İtalyan dilinin "Kruska Akademiyasının lüğətidir".1694-cü ildə "Fransız Akademiyasının leğəti",İspan Akademiyasının "Nüfuzlular lüğəti", "Rus akademiyasının lüğəti" adlı izahlı lüğətlər nəşr edilir.İntibah dövründə dilçiliyin ən böyük nailiyyətlərindən biri milli dillərdə milli qrammatikaların yazılmasıdır.Rus dilinin(Rus dilində yazılmış)ilk qrammatikası XVIII əsrdə çap edilir. "Rus qrammatikası" adlanan əsərin banisi M.V.Lomosonov olmuşdur.Lomonosovun əsəri yeni tipli yeni tipli qrammatika –üslubi qrammatika idi.Müəllifin fikrincə qrammatika təkcə normativ əhəmiyyətə deyil,habelə ümumtəhsil əhəmiyyətə malikdir. "Rusiya qrammatikası"altı hissədən ibarətdir; 1.Ümumiyyətlə insan sözü haqqında

2.Rusiya oxusu və orfoqrafiyası haqqında 3.Ad haqqında

4.Fel haqqında

5.Köməkçi sözlər haqqında

6.Söz hissələrinin haqqında

Ümumi rasional qrammatika[redaktə | mənbəni redaktə et]

XVII əsrdə dilçilik nəzəriyyəsində kəskin dönüş yaranır.Bu dövrədək yazılan qrammatikalar ya fəlsəfi,ya da təsviri xarakterik daşıyırdısa,indi nəzəri qrammatikalar yaranmağa başlayır.İlk belə qrammatika 1660-cı ildə Fransada Paris yaxınlığındakı Por-Royal qadın monastrında çap edilmişdir.Por-Royal qrammatikasına Duklo və Framan əlavələr etmişdir və Por-Royal qrammatikası bizə onların əlavəsi ilə çatmışdır.XVII-XVIII əsrin bir sıra görkəmli filosof və dilçiləri bu əsərdən öyrənmişdir. "Por-Royal qrammatikası" iki hissədən ibarətdir.Altı fəsildən ibarət olan birinci hissədə səslər və hərflər,vurğu və heca tədqiq edilir.İkinci hissə 24 fəsildən ibarətdir.23 fəsil morfologiya məsələlərinə,24-cü fəsil isə sintaksisdən bəhs edir. "Por-Royal qrammatika"sında ilk dəfə olaraq budaq cümlələrin mövcud olduğu göstərilir.XVIII əsrdə Por-Royal qrammatikasına tənqidi münasibət bəsləyən əsərlərdə yazılıb.Belə əsərlərdən H.Bozenin 1767-ci ildə nəşr edilmiş "Ümumi qrammatika" əsərini qeyd etmək olar. Boze öz qrammatikasını üç yerə bölür;

1."Sözün ünsürləri"

2. "Nitqin ünsürləri"

3. "Sintaksisin ünsürləri"

Dilin fəlsəfəsi[redaktə | mənbəni redaktə et]

İntibah dövrünün əsas fəlsəfi cərəyanı rasionalizm idi.Rasionalizm ağlın,şüurun,idrakın,zəkanın qüdrətinə inanır,faktlara isə o qədər də əhəmiyyət vermirdi.Dövrün ikinci cərəyanı XVIII əsrdə meydana çıxan sensualizmdir.Sensualizm rasionalizmə əks olan fikirlər sürürdü.Bu cərəyan faktları əsas götürürdü.Rasionalistlərin fikrincə dil şüurla bağlıdır,şur isə məntiqi qanunla bağlıdır.Sensualistlər göstərirlər ki dil şüurla əlaqədər olsa da,hər hansı bir xalqın psixikası ilə də bağlıdır.Dilin fəlsəfəsi sahəsində üç orijinal cərəyan qeyd etmək lazımdır. 1.İngilis emprizmi

2.Fransız rasionalizmi

3.Leynisin dilçilik konsepsiyası

Bu cərəyanlar İngiltərədə F.Bekon və C.Lakk,Fransada P.Dekart,Almaniyada Q.N.Leybnis kimi görkəmli çəxsiyyətlərin fəaliyyəti ilə əlaqədardır.

Beynəlxalq süni dil problemi[redaktə | mənbəni redaktə et]

Beynəlxalq süni dil yaratmaq problemi rasionalizm fəsəfəsinin yaranması ilə sız əlaqədardır.İlk süni dil layihələrini P.Dekart və Q.B.Leybnis irəli sürülər.Ümumiyyətlə, XVII-XVIII əsrlər dilçilik tarixində böyük tərəqqi ilə nəticələnir.XVII-XVIII əsr dilçiliyinin ümumi icmalını vermək üçün aşağıdakı məsələləri izah etmək lazım gəlir.İntibah dövrünün davamı kimi təcrübi qrammatika sahəsində görülən işlər;Lüğət sahəsindəki işlər;Toplanmış zəngin dil materiallarının çapa hazırlanması;Dilçilikdə rasionalizm və sensualizm ideyalarının meydana çıxması.Yekun olaraq onu demək olar ki,XVII-XVIII əsrlər dilçilik tarixində mühüm rol oynamışdır