XVideos (XVIDEOS kimi stilizə edilib) — pornoqrafik video paylaşmaq və izləmək üçün veb saytıdır. 2007-ci ildə Parisdə əsası qoyulan vebsayt hazırda Çexiya şirkəti WGCZ Holding-də qeydiyyatdan keçib. 2022-ci ilin noyabr ayına olan məlumata görə, ən çox ziyarət edilən pornoqrafik vebsayt və dünyada ən çox ziyarət edilən 11-ci vebsaytdır.[2]
XVideos | |
---|---|
| |
Tipi | Pornoqrafik video paylaşma |
Dilləri | İngilis, Çin, Çex, Holland, Fransız, Hind, İtalyan, Yapon, Portuqal, Rumın, İspan, Afrikaans və s. |
Serverin yeri | |
Açılma tarixi | 1 mart 2007 |
Alexa reytinqi |
|
WGCZ Holding həmçinin Bang Bros, DDF Network, Penthouse jurnalı, Private Media Group və Erogames-in sahibidir və Legal Porno brendi altında toplanan məhsullarda nəzarət payına sahibdir.[3][4][5]
XVideos 2007-ci ildə Parisdə fransız sahibi Stefen Mişel Pakaud tərəfindən təsis edilib. YouTube istifadəçilərinə ümumi məzmuna giriş icazəsi veriyi kimi, XVideos da həmçinin pornoqrafik media aqreqatoru kimi yetkin məzmunlara giriş xidmətini təmin edir.[6] Həvəskarlar həm peşakar həm də həvəskar video klipləri qarışdıra bilirlər. 2012-ci ilə qədər XVideos, ayda 100 milyarddan çox səhifə baxışı ilə dünyanın ən böyük porno veb-saytı idi.[7] MindGeek-in sahibi Fabian Taylmann 2012-ci ildə pornoqrafik kanal saytlarının monopoliyasını yaratmaq üçün XVideos-u almağa cəhd etdi. Lakin XVideos-un fransız sahibi 120 milyon ABŞ dollarından çox təklifi rədd etdi: "Bağışlayın, mən gedib Diablo II oynamalıyam."[8] 2014-cü ildə XVideos mübahisəli şəkildə məzmun yaradıcılarını öz hesablarında videoları silmək hüququndan imtina etməyə söz verməyə əks halda hesablarının dərhal bağlanacağı ilə hədələməyə cəhd göstərdi.[9][10][11]
2021-ci ilin avqust ayına olan məlumata görə, XVideos ən çox ziyarət edilən porno veb saytı və SimilarWeb tərəfindən sıralandığı kimi dünyada ən çox ziyarət edilən yeddinci vebsayt idi.
WGCZ Holdinqə məxsus başqa sayt olan XNXX, ümumilikdə onuncu ən çox ziyarət edilən vebsaytdır və yetkinlər kateqoriyasında ikinci ən çox ziyarət edilən vebsaytdır.[12] Həm XVideos, həm də XNXX 2021-ci ildə virtual reallıq videoları üçün dünyanın ən çox ziyarət edilən veb-saytları idi.[13]