XXI əsrdə Fransa

2000-ci ildə (fr. En L'An 2000) - Fransada XX əsrdə yaranmış mədəni fikir cərəyanı. XX əsr Fransasında yaşayan insanlar 100 il sonra yaşadıqları ölkədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi ilə maraqlanırdılar. İnsanları əsasən texniki sahədə baş verə biləcək yeniliklər maraqlandırırdı. Bu barədə olan fikirlər dönəmin müxtəlif rəssamları tərəfindən təsvir edilmişdir. Fransız rəssamı (fr. Jean-Marc Côté) tərəfindən 1899, 19001901-ci illərdə dərc edilən şəkillər XX əsr Fransız insanın 100 il sonrakı həyat barədə olan düşüncələrini daha açıq bir formada izah edir.