Xaçlı gölü

Xaçlı gölü, Kazan gölü və ya Bulanıq gölü - Muşun Bulanıq mahalının cənubunda yerləşən volkanik göl. Göl Muşdan 115 km, Malazgirdən 35 km, Bulanıqdan 7 km uzaqlıqdadır. Göl "Xaçlı" adını cənubundakı Xaçlı (Gölyanı) kəndindən; "Bulanıq" adını isə suyunun bulanıq olmasından dolayı almışdır.[1] Göl şimalındakı Qızqopan volkanının yüksəlməsi ilə əmələ gəlmişdir. Hündürlüyü 1583 metr, hövzəsi 200 km2, səthi 27 km2-dır. Göldə dərinlik 7 metrəni aşmır. Xaçlı gölü cənub-qərbdən axan Şeyxtokum dərəsi ilə birlikdə bir neçə mənbədən qidalanır. Gölün su səviyyəsi bütün il boyunca, demək olar ki, dəyişmir. Qışda donan göün səthində gəzmək mümkündür. Göldə alabalıq və aynalı sazan yaşayır.

Yazın əvvəllərində əriyən qar suyu gölün suyunu qabardır. Göl drenajı olan Korsu dərəsi də daşaraq bəzi sahələri su basmasına səbəb olur. Korsu çayı Murad çayına töküldüyünə görə göl Fərat çayı hövzəsində yerləşir. Gölün çıxışı set tərəfindən idarə olunur. Göl şirinsulu olsa da. ətrafında çox qamış bitmir. Gölün ətrafı otlaq və kənd təsərrüfatı sahəsi kimi istifadə olunur. Göl yüksək hündürlükdə yerləşdiyindən şərqdəki alçaq düzənliklərin yeraltı sularını qidalandırır.[2]

  1. SARAÇOĞLU, Hüseyin (1989). Doğu Anadolu Bölgesi. İstanbul: Milli Eğitim Basımevi. s. 380.
  2. "Haçlı Gölü". ormansu.gov.tr.