Xacə Əfzələddin Türkə

Xacə Əfzələddin Məhəmməd Türkə (?-1583)—qazı.

Xacə Əfzələddin Türkə
Doğum yeri İsfahan
Vəfat tarixi
Milliyyəti Türk

İskəndər bəy Münşi onun haqqında yazır: "Xoca Əfzələddin Tərkə - əsl adı Məhəmməddir. Darüssəltənə İsfahanın Türkə qazıları nəslindən idi. Əvvəlcə əqli və nəqli elmlərin öyrənilməsinə baş qoşub, bu sahədə açıq-aydın tərəqqi etdi. Daha sonra İsfahandan səadət nişanəli orduya getdi. Orada o, cənnətməkan şahın şəfqətli nəzərləri ilə əhatə olunaraq, bir müddət Mir Əlaülmülk Mərəşlə şərikli surətdə "qazi-yi əskər-i zəfər-əsər" ("zəfər nişanlı qoşunun qazısı") mənsəbini tutdu və ulu orduda tədris işlərini həyata keçirdi. Onun mədrəsəsində bir sıra tələbələr onun dərslərindən və mühazirələrindən zövq alırdılar. İsmayıl mirzə zamanında digər üləmalardan fərqli olaraq, əziz və möhtərəm tutulurdu və əksər vaxtlarda [hökmdarın] məclisinin iştirakçıları zümrəsində olurdu. İsmayıl mirzənin ölümündən sonra İsfahana gedərək, orada həmişə Türkə nəslinə mənsub olmuş qazıhq işləri ilə məşğul oldu. Lakin hakimlərin və türklərin onunla yola getməməsi üzündən vəzifədən əl çəkib, tədris işlərinə baş vurdu. Daha sonra o, İmam Rzanın müqəddəs məqbərəsinin xadimliyi mənsəbinə təyin olunaraq, müqəddəs və ulu Məşhəd [şəhərində] o xoşagələn vəzifənin icrası ilə məşğul oldu. 991-ci (1583) ilə uyğun gələn quy ilində İsgəndər şanlı nəvvab və dünya sakinlərinin şahzadəsi Sultan Həmzə mirzə Xorasan yürüşündən qayıdarkən o, hökmdarın məiyyətində müqəddəs Məşhəddən İraqa gələrək, Rey vilayətində gözlərini həyat səhifəsinin mütaliəsinə yumub, əbədiyyət aləminə qovuşdu".[1]

  1. İskəndər bəy Türkmən (Münşi), Tarixi-aləm-arayi-Əbbasi, 1-ci cild və 2-ci cildin yarısı, Tеhran, Əmir Kəbir, 1382 hicri şəmsi. səh.278.