Xacu körpüsü

Xacu körpüsü (fars. پل خواجو‎) - XVII əsrə aid memarlıq abidəsi. Xacu köprüsü Səfəvi şahı II Abbasın əmri ilə 1650-ci ildə inşa edilmişdir. Körpü Xacu məhəlləsini Zayəndə çayı boyunca Zərdüşt məhəlləsi ilə birləşdirir. Diqqətə layiq daş bünövrəsi, eksteryerdə parlaq rəngli kafel işləri və interyerdə XVII əsrə aid orijinal rəsmlərlə yanaşı, bu körpü üç funksiyanı yerinə yetirməsi ilə diqqəti çəkir: keçid, bənd və istirahət yeri.

Xacu körpüsü
fars. پل خواجو
Xacu körpüsünün gecə görünüşü
Xacu körpüsünün gecə görünüşü
Xəritə
32°38′12″ şm. e. 51°41′00″ ş. u.HGYO
Ölkə
Yerləşir İsfahan[1]
Aidiyyatı Səfəvi imperiyası
Tikilmə tarixi 1650
Uzunluğu
  • 137 m
Eni 12 m[2]
Material daş[d], kərpic
Vəziyyəti stabil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpü ilk əvvəl gömrük yoxlama məntqəsi rolunu oynayırdı.Belə ki, burada karvanlar yoxlanılır və keçid rüsumları alınırdı. Digər bir funksiyası isə Xacu körpüsü şəhəri qorumaq üçün hərbi baza kimi istifadə edilməsi idi. Körpünün yan divarları işğalçılara atəş açmaq üçün münasib yer idi. Xacu körpüsü, bu funksiyaları ilə yanaşı, xüsusi dizaynına görə şəhər məkanının formalaşması üçün tikilmiş ideal strukturlardan biri idi.

Ümumilikdə 1030 günə inşa edilən körpünün yerində əvvəllər Teymurilər zamanında inşa edilmiş Həsən bəy körpüsü varidi. Xacu körpüsü Baba Ruknəddinin məzarına gedən yol üzərində inşa edildiyi üçün körpünün digər adı Baba Ruknəddin körpüsüdür. Amerikalı şərqşünas, tarixçi Artur Pop və Filis Akerman köprünün yaxınlığında məqbərədə dəfn edilmişdir.[3]

Körpünün tarixi

[redaktə | mənbəni redaktə et]
Xacu körpüsü 2016

Xacu körpüsü Səfəvi memarlığının son dövrünün ən mühüm nümunələrindən biri hesab olunur. Mövcud mənbələrə görə  köprü 1873-cü ildə təmir edilmişdir. İlk əvvəllər körpünün mərkəzində şahın daş kresloda oturub atəşfəşanlıq mərasiminə baxdığı bir kürsü varidi. Hal-hazırda sadəcə kürsünün daş oturacaqları qalmışdır.

Səfəvi imperiyasına səyahət edən səyyahlarlardan Şarden öz yazılarında körpüdən bəhs etmişdir. Şarden yazdığına görə Xacu köprüsü Səfəvi memarlığının kuliminasiyasıdır və onun indiyə qədər gördüyü ən maraqlı körpülərdən biridir. Mənbələrin verdiyi məlumata görə köpünün tikilməsində əsas məqsəd iki əyaləti- Xacu və Həsənabad qapısını, Taxt-ı Folad və Şiraz yolu ilə birləşdirmək idi.  

XVII əsrdə yaşamış fransız səyyah Jan Batist Tavernye körpünün inşası ilə bağlı maraqlı məlumatlar vermişdir. O yazır ki, II Şah Abbas Xacu körpüsünü iki məqsədlə tikdirmişdir. Bunlardan birincisi körpüdən çayın mənzərəsini izləmək, digəri isə yaxınlıqda yaşayan xristian əhalinin istifadəsi üçün idi. [4]

Xacu körpüsü günümüzdə isti iqlimlə əlaqədar axşamlar intensivləşən çay içmək, söhbət etmək, mahnı oxumaq, dincəlmək, yemək yemək, gəzmək kimi müxtəlif funksiyaları olan sosiallaşma məkanıdır.[5]

Körpünün strukturu

[redaktə | mənbəni redaktə et]

Körpünün uzunluğu 105 metr, eni isə 14 metrdir. 23 tağlı bu memarlıq abidəsinin yerimək üçün nəzərdə tutulan hissəsinin eni 7.5 metrdir. Ümumilikdə 21 böyük və 36 kiçik giriş-çıxış kanalı mövcuddur. Körpüdə istifadə olunan daş parçalarının uzunluğu 2 metrdən artıqdır, hər kanalla tavan əsası arasındakı məsafə 21 metrdir. Körpünün yuxarı mərtəbəsi, əsas orta dəhlizdən atlar və avtomobillər, hər iki tərəfdəki tağlı yollardan isə piyadalar istifadə edir. Körpü çayın üzərindəki tağların altındakı şlüz örtükləri sayəsində çayda su axını tənzimləyir. Şlüz darvazaları bağlandıqda suyun səviyyəsi qalxır ki, bu da çay boyu çoxlu bağların suvarılmasını asanlaşdırır.

Xacu körpüsü vahid modulların təkrarlanmasından və uclu tağlardan ibarətdir. Körpü üzərində inşa edilən  xüsusi məkanlarda səslər yayılmır və məkanın öz daxilində qalır. Bölmələri birləşdirən keçid hissələrində akustik effekt artır və qövsə dəyən səs tədricən böyüyür və yox olur. Körpünün hər iki tərəfindən daşdan şir heykəlləri mövcuddur.

Körpünün ortasındakı səkkizguşəli pavilyonlar həm yuxarıda, həm də aşağıda fövqəladə mənzərələr üçün baxış nöqtələrini təmin edir. Xüsusilə, körpünün aşağı hissəsində piyadaların gediş-gəlişi üçün və istirahət üçün əlverişli olan kölgəlik sahəsi var. Hava sirkulyasiyası olaraq körpünün üzərindəki tağlı sahə sayəsində ziyarətçilər üçün sərin iqlim yaradılır. Bundan əlavə, körpünün qərb hissəsindəki pilləli şəlalə sayəsində ziyarətçilər axan suyun sərinliyini hiss edə bilirlər. Körpünün aşağısına enən pilləkənlər vasitəsilə insanlar çayın kənarına enib otura, suyun səthinə toxuna və suyun axışını yaxından izləyə bilərlər.[6]

  • R. Cəfəriyan. Safevî din, kültür ve siyaset sahasında. Qum. 2010.
  • Yılmaz Çakmak. Spatial Analysis of Khaju Bridge as an Urban Element, in the Context of Space Perception Through Senses. International Journal of Humanities and Social Science. 2016.
  • Mokhlesi, M. A. Ancient bridges of Iran. Tehran: Miras-efarhangi-ye Keshvar publication. 2010.
  • Tavernier, J. B. Tavernier itinerary. Tərcümə Nori, A. Tərtibçi by Shirani, H. Isfahan: Sanaei library Publications. 1984.
  • Ghazaleh Hanaei, Darab Diba, Hamed Abedini, Masoumeh Yavari. [file:///C:/Users/user/Downloads/IJAUD_Volume11_Issue1_Pages19-32.pdf The Social Impact of the Architectural Components of Safavid Bridges in Isfahan (Case S‌tudy: Khaju and Allahverdi Khan Bridges)] (#bad_url) (PDF). Tehran. 2021. 19–32.