Xain (film, 1973)

Xain (Rom: Namak Haraam) — rejissor Hrişkiş Mukerci tərəfindən 1973-cü ildə çəkilmiş olan hindi dilli dram filmidir. Filmin musiqisi R. D. Burmana, ssenarisi Gülzara, sözləri isə Anand Bakşiyə məxsusdur. Filmdə baş rolları Rajesh Khanna və Amitabh Baççan canlandırmışdır. Filmdə həmçinin Rekha, Asrani, Raza Murad, A. K. Hangal, Simi Garewal və Om Shivpuri çəkilmişdirlər. Rajesh Khanna bu filmə görə 1974-cü ildə üçüncü dəfə Ən Yaxşı Aktyor (Hindi) nominasiyası üzrə BFJA Mükafatını əldə etmiş və Amitabh Baççan isə 1974-cü ildə Ən Yaxşı Köməkçi Aktyor nominasiyası üzrə ikinci dəfə Filmfare Mükafatını qazanmışdır.

Xain
Janr baddi-film[d]
Baş rollarda
İlk baxış tarixi 1973
Ölkə
Dil Hind dili
IMDb ID0070434

Bu, Anand filmindən sonra Hanna və Baççanın bərabər rol aldıqları Hrişkiş Mukercinin çəkmiş olduğu ikinci filmdir. "Diye Jalte Hai", "Nadiya Se Dariya" və "Main Şayar Badnaam" filmin ən yaddaqalan mahnılarıdır və bu mahnıların hamısı Kişor Kumar tərəfindən güclü bir formada yazılmış və Raceş Hanna tərəfindən bəstələmişdir. Həm dostları, həm də pərəstişkarları tərəfindən Kaka kimi çağırılan Kişor bu filmdəki mənalı aktyorluğu və üz təəssüratları ilə milyonların qəlbini fəth etmişdir. Film kassa hiti olmuş və 1973-cü ilin ən çox gəlir gətirən 5-ci filmi olmuşdur. Film Tamil dilində Unakaga Naan adı ilə yenidən çəkilmişdir.[1] Filmin əsas süjeti 1964-cü ildə çəkilmiş olan Becket filminin hekayə xəttindən ilhamlanaraq 1967-ci ildə çəkilmiş olan Teluqu filmi Prana Mithrulu filminin alt süjetinə əsaslanır.[2]

  1. "The common man's film maker". The New Indian Express. 2020-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
  2. "Namak Haraam (1973) and Becket (1964)". 2024-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-13.