Xalça bayramı

Azərbaycan xalçaçılığını qorumaq məqsədilə müxtəlif yönlü tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biridə 7 dekabr 2004-cü ildən etibarən Azərbaycan Respublikasında da rəsmi şəkildə Xalça Bayramı keçirilməsidir.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 2004-cü il tarixli, 799-IIQD saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nun altıncı maddəsinin birinci bəndinin ikinci hissəsində qeyd edilir ki, ənənəvi "Xalça bayramı" keçirilsin.[1][2]

Xalça bayramının keçirilməsində əsas məqsəd xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və yaranmış müəyyən çatışmamazlıqları aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirilməsidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Qanunu". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-03.
  2. Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında[ölü keçid]