Xalibovun binası

Xalibovun binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində zirzəmidən ibarət olan bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, ev 58[1].

Xalibovun binası
rus. Дом Халибова
47°12′47″ şm. e. 38°56′14″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1857

Zirzəmiyə sahib bir mərtəbədən ibarət olan bina Taqanroq şəhəri Qreçeskaya 58 ünvanında yerləşir. Fasadında səkkiz pəncərə vardır. Bina 1857-ci ildə kollec katibi Artemiya Pavloviç Xalibovun vəsaiti hesabına inşa edilmişdir. Artemiya Pavloviç Xalibovun milliyyətcə erməni idi. Əslən isə Naxçıvan-na-Donu şəhərindəndir. Kifayət qədər imkanlı adam idi. Onun Naxçıvan-na-Donu şəhırindı belə evi vardı. Üstəlik şəhərdı xeyriyəçi olaraq tanınırdı. 1865-ci ildə Taqanroq şəhər Nikolayevsk yetimlər evinin üzvü seçilmişdir. Xalibovun ölümündən sonra 1870-ci illərin sonu vərəsə olaraq evin mülkiyyət hüququ onun qızına keçmişdir. Bir müddət sonra o, tacir, şəhərin fəxri sakini Aleksandr Eqoroviç Xocaevə ərə getmişdir. ХХ əsrin əvvəllərinə qədər ailə evə sahib olmuşdur.

1925-ci ilə qədər binanın sahibi tanınmış komik aktyor Aleksandr Semenoviç Kuzmenko-Polonski və onun həyatb yoldaşı Mariya Pavlovna İvanova olmuşdur. 1925-ci ildə bina milliləşdirilmkşdir. Sovet hakimiyyəti illərində binada uşaq xəstəxanası fəaliyyət göstərirdi. Hazırda binada Taqanroq şəhəri mülkiyyətin idarə edilməsi komisiyyası yerləşir. Binanın yaxınlığında daş pilləkən vardır ki, oda bir başa dənizə enir.

Taqanroq şəhəri Qreçeskaya 58 ünvanında yerləşən bina XIX əsrin ortalarında inşa edilən binalara uyğundur. Bu dövrdə əsasən zirzəmili bir mərtəbəli və iki mərtəbəli binalar inşa edilirdi. Onların əsasən beş və ya səkkiz pəncərəsi olurdu.

Binanın layihəsi bu gündə qorunub saxlanılmışdır. Burada layihənin şəhər arxitektoru Muratov tərəfindən tədtiqlənməsi əks etdirilir.

Binanın fasadı klassizmə uyğundur. Binanın ilkin quruluşu indiyənə qədər olduğu kimi qorunub saxlanılmışdır.

  • Гаврюшкин О. П. По старой Греческой… (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — 514 с. — ISBN 5-901565-15-0.
  1. "Таганрог ул. Греческая, 58". 2014-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.