Xalidə Rüstəmova

Rüstəmova Xalidə Ədalət qızı — "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı fənn kabinəsi" müsabiqələrinin qalibi[1]

Xalidə Rüstəmova
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Pedaqoji Xarici Dillər Universiteti
Fəaliyyəti müəllim
Mükafatları "İlin ən yaxşı müəllimi"

Həyatı[redaktə | mənbəni redaktə et]

1981–ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirmişdir. 1994-cü ildən 290 saylı məktəbdə ingilis dili müəllimi, Suraxanı rayon RTŞ-nin ştatdankənar metodistidir. 1996-ci ildən Az.ETA(Azerbaijan English Teachers’ Association) Az. Ing. dilli müəllimləri birliyinin üzvüdür. Bir sıra Beynəlxalq və ümumittifaq konfransların, seminarların istirakçisı olmuş, respublikamızı layiqincə təmsil edərək çoxlu sayda sertifikatlara və diplomlara layiq görül müşdür. "Methodology", "Hornby Trust" , "Step by Step" , "RWCT" proyektləri üzrə Təlimci Müəllim və "Müəllimlər Müəllimi"adını qazanmışdır. O eyni zamanda beynəlxalq proqramların, xüsusi ilə ABŞ dövlətinin maaliyyələşdirdiyi 2003-cü ildə Təhsil və Dillər öyrənilməsi üzrə Amerika əməkdaşlıq Şurası (ACCELS) və ABS Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun təşkil etdiyi "TEA", "PIE" proqramlari üzrə finalist olmuş, 2 aylıq Amerikaya təcrübə mübadiləsinə göndərilmişdir. Dəfələrlə "Ilin ən yaxşı müəllimi", "Ilin ən yaxşə fənn kabinəsi" müsabiqəsində qalib olaraq, məktəbin adını Azərbaycanın bütün bölgələrində tanıtmışdır. Göstərdiyi xidmətlərə görə məktəb rəhbərliyi ,RTŞ- nin və Rayon Icra Hakimiyyətinin təşəkürünə, pul mükafatına və fəxri fərmanlarına layiq görülüb.Xalidə müəllimə siniflər üzrə bir neçə test kitabcalarının və "Mektəblinin Lüğəti" müəlliflərindəndir. Çoxillik pedoqoji fəaliyyətinə ,sağlam kadrların yetişdirilməsindəki əməyinə görə onun adı "Azərbaycanın taninmış maarifçiləri" ensklopediyasına daxil edilmişdir. Hal-hazırda Project Harmony təşkilatının 290 saylı məktəbdə Project kordinatoru vəzifəsində işləyir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rüstəmova Xalidə Ədalət qızı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.