Xallı semiadaliya

Xallı semiadaliya (lat. Semiadalia notata Zalich.)-Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb.

Xallı semiadaliya
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Biologiyası[redaktə | mənbəni redaktə et]

Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Bunlarda aydın görülən baş hissə yastılaşmış, azacıq da köndələn durmuşdur, qara mürəkkəb fasetli gözləri aydın görünür, alın hissə bir gözün həcmi böyüklüyündədir. Özünün isə böyüklüyü 4,5–5 mm-dir. Azərbaycanda sərt ekoloji stansiyalarda, təbii biosenozlarda və yoncalıqlarda yayılıb, müxtəlif növ mənənələrlə qidalanır. Şirvan, Gəncə, Qazax və Naxçıvan təbii zonalarında daha çox fərdləri var. Təbii biosenozlarda, eləcə də aqresenozlarda bunlara ən çox mayın sonu və iyunun axırında rast gəlinir. Yay və qış diapauzasını qidalandığı biosenozlarda, bükülmüş yarpaqların arasında və bəzən də ağacların çürümüş hissələrində keçirirlər.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Qərbi Avropada, Qafqazda yayılmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli
  2. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981