Xaltan qrupu mineral bulaqları

Xaltan qrupu mineral bulaqları Cənub-Şərqi Qafqazın şimal yama­cında, Gilgilçayın yuxarı axarlarında eyniadlı qolunun dərəsində yerləşir. Üst yura terrigen flişin çıxışları arasında yerləşən 32 isti (suyun temperaturu 49oC-yə qədər) hidrogen sulfidli bulaq köndələn pozulma ilə mürəkkəbləş­dirilmiş Baş Qafqaz üstəgəlməsi zonasına aiddir. Sular kimyəvi tərkibinə görə hidrokarbonat-natriumludur və güclü hidrogen sulfid iyi verir, lakin minerallaşma dərəcələri zəifdir - 1,3-1,7 q/l. Yerli əhali və çoxsaylı gəlmələr onlardan mədə-bağırsaq, əzələ, dəri xəstəliklərinin müalicəsi məqsədi ilə istifadə edirlər.

Xaltan qrupu mineral bulaqları
Ümumi məlumatlar
Kateqoriya Mineral

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''