Xamis Məmmədov

Xamis Məmmədovqaydasız döyüş üzrə dünya çempionu, MMASambo idman növü üzrə turnirlərin qalibi.

Xamis Məmmədov
Ümumi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Stili Qaydasız döyüş
Nəticələri
Döyüş 16
Qələbə 13
Məğlubiyyət 3

Həyat və fəalliyəti[redaktə | mənbəni redaktə et]

Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb. [1]

Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış Xamis Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Xamis Məmmədovun 2007-ci ildə Həbib Nurməhəmmədova qalib gəlməsi barədə isə yanlışlıqlar var. Belə ki, 2007-ci ildə Həbib Nurməhəmmədova qalib gələn Xamis yox, Məhəmməd İbrahimov olub. Çeçenistanı təmsil edən M.İbrahimov H.Nurməhəmmədovu məğlub edərək, Rusiya çempionu olub. 1985-ci il təvəllüdlü M.İbrahimov RusiyaÖzbəkistan bayrağı altında vuruşur, dağıstanlıdır.[1]

Xamisin məğlub etdiyi döyüşçü isə Məhəmməd Nurməhəmmədovdur. Cəmi bir neçə saniyəyə Xamis Məhəmmədi yerə sərmişdi. M.Nurməhəmmədov bu döyüşdə Ukraynanı təmsil edib və Ukrayna çempionudur.[1]

Vəfatı[redaktə | mənbəni redaktə et]

Məşhur azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov 27 yanvar 2019-cu ildə vəfat edib. Gənclər və İdman Nazirliyi onun bir müddət əvvəl qripə yoluxduğunu və bu xəstəliyin şiddələnməsi səbəbindən öldüyünü açıqlayıb. [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Xamis Məmmədov
  2. "Azərbaycanlı dünya çempionu qripdən dünyasını dəyişdi". 2019-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]