Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 8 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Xanım Vüqar qızı Yadigarlı (19 iyul 1994, Bakı) — azərbaycanlı jurnalist, Azərbaycan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Rəqəmsal İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri.
Xanım Yadigarlı | |
---|---|
Xanım Vüqar qızı Yadigarlı | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Vüqar İslam oğlu Yadigarov |
Dini | İslam |
İxtisası |
1. İnformasiya texnologiyaları üzrə mühəndis 2. Jurnalist |
Təhsili |
1. Bakı Kompüter Kolleci 2. Bakı Slavyan Universiteti |
Fəaliyyəti | Jurnalist |
Fəaliyyət illəri | 2011-h.h. |
Xanım Yadigarlı 1994-cü il iyulun 19-da Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2000–2010-cu illərdə Türk Dünyası Bakı Atatürk Liseyində təhsil alıb. 2010–2014-cü illərdə Bakı Kompüter Kollecinin "İnformasiya texnologiyaları mühəndisliyi" fakültəsində eyniadlı ixtisas üzrə təhsil alaraq İT üzrə mühəndis olmuşdur. Daha sonra isə 2016–2020-ci illərdə Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər və jurnalistika" fakültəsində "Jurnalistika" ixtisası üzrə ali təhsil almışdır. Xanım Yadigarlı həm də 2014-cü ildə "ANS" Şirkətlər Qrupunun və ABŞ-nin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı nəticəsində yaranan Azərbaycan-ABŞ Jurnalistika Akademiyasında təhsil almışdır.
2021-ci il iyunun 1-dən ailəlidir.[1]
Azərbaycan, türk, ingilis və rus dillərini bilir.
Müxtəlif illərdə qiraət və dram dərnəkləri, habelə Hüseynqulu Sarabski adına Mədəniyyət Evinin üzvü olmuşdur.
Xanım Yadigarlı peşəkar jurnalist kimi ilk dəfə əmək fəaliyyətinə 2011-ci ildə "ANS TV"də başlayıb. 17 yaşında işə başlayan Xanım Yadigarlı "ANS TV"də çalışdığı dönəm ərzində "Xəbərçi" və "Şoubiz" verilişlərinin aparıcısı, Xəbərlər departamentinin baş redaktoru, müxbir və prodüser kimi fəaliyyət göstərib. O, həmçinin "ANS ÇM Radiosu"nda "DJ" kimi də çalışıb. 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə silahlı cəhd göstərildi. Türkiyə hakimiyyəti baş verən hadisələrlə bağlı "FETÖ" təşkilatını ittiham etdi. Bütün bunların fonunda Azərbaycan hakimiyyəti "ANS TV"ni "FETÖ"nü dəstəkləməkdə ittiham edərək 2016-cı il iyulun 18-də telekanalın, habelə "ANS ÇM Radiosu"nun fəaliyyətinə xitam verdi. Xanım Yadigarlı, habelə tele və radio kanalların digər əməkdaşları peşəkar fəaliyyətlərini davam etdirmək üçün başqa-başqa media qurumlarına üz tutmalı oldular.[2]
2016-cı ilin sentyabr ayından etibarən Xanım Yadigarlı "Xəzər Televiziyası"nda "Xəzərin səhəri" adlı verilişin həmaparıcısı kimi çalışmağa başladı. Bir müddət sonra isə o, bu verilişdən ayrılaraq "Xəzər Xəbər" gündəlik informasiya verilişinin və "Xəzər FM" radio kanalının aparıcılarından biri oldu. "Xəzər Televiziyası"nın prezident tədbirləri üzrə xüsusi müxbiri olan Xanım Yadigarlı 2020-ci il iyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevdən ilk müsahibəsini aldı. Xanım Yadigarlı 2022-ci il martın 28-də "Xəzər Televiziyası"ndan ayrılaraq DOST Agentliyi Rəqəmsal İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri vəzifəsinə keçdiyini və bununla 11 illik jurnalist fəaliyyətinin başa çatdığını elan etdi. Xanım Yadigarlı bu 11 il ərzində "Araz FM" radio kanalında aparıcı kimi də çalışıb.[3][4]