Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xanəmir Telman oğlu Nəzərov (26 yanvar 1971, Qafan) — AYB-nin üzvü (1992). Prezident təqaüdçüsü.
Xanəmir Telmanoğlu | |
---|---|
Nəzərov Xanəmir Telmanoğlu | |
Doğum tarixi | 26 yanvar 1971 (53 yaş) |
Doğum yeri | |
Milliyyəti | Türk |
Təhsili | |
İxtisası | İlahiyyatçı |
Fəaliyyəti | jurnalist |
Üzvlüyü |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Xanəmir Telmanoğlu 1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində doğulub. Orta məktəbi Qubadlı rayonun Fərəcan kəndində bitirib. 1989–91-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub.
90-cı illərdə Azərbaycan ədəbiyyatında ilk cərəyan yaradanlardan biridir. (2+Mistik Poeziya cərəyanı) sonrakı mərhələdə "Şeir ədəbiyyatdan ayrılmışdır" konsepsiyasını irəli sürüb..
Qarabağ müharibəsi dövründə "Xəzər" tərcümə toplusunda, "Azərbaycanın səsi", "Nəfəs", "Ordu" qəzetlərində müxbir işləyib, cəbhə bölgələrindən 100 — lərlə məqalələr yazıb.
Türkiyənin Cümhuriyyətinin Mərmərə unversitetində təhsil alıb. lk kitabı 1991-ci ildə "Xəzər" dərgisində "kitab içində kitab" layihəsində "küləklər ulduzlardan əsir" adıyla çap oluniub. 1995-ci ild "KÜL SOYUĞU" dıyla şeir kitabı Türkiyədə yayımlanıb. Türkiyədə oxuduğu illərdə İstanbulda çap olunan "Gənc Aydınlar" jurnalınının baş redaktoru olub.
Çölçülər Ədəbiyyat Mərkəzinin (ÇƏM) ideya müəllifi və qurucularındandır.
Şeir kitabları
"Kül Soyuğu", "Qarğa Beyni Yeyənlərə Namə", "Saatım Bağdadda Qaldı", "Qəvi Qövmün Qalı", "Derlər", "nə milad nə də roma". Proza: "Ağğğbaaağğğ", "Osmanlı" (Surda gizlənən səs), "A mədəniyyətinin A dili lüğəti", "MAQlar", "Naməlum Ailə", "Şəhid". Ədəbi-nəzəri içərikli kitabları: "Qoy Vatikan sevinsin", "Göyə qayıdan mətnlər", "Amerika Türkləri", "Ey Füzuli", "Orientalist gül",
"Səhifələr" adli həftəlik ədəbiyyat qəzeti təsis edib və baş redaktoru olub.(2004–2005.) "Ənvər Paşa" adlı ictimai-ideoloji dərgi çıxarıb.(2007–2009) "Doqquz Iklim" ədəbiyyat dərgisini çıxarıb. (2004 – 2009)
5 ilə yaxın "Doqquz iqlim" dərgisinin elektron versiyasi (DOQQUZİQLİM. NET) onun redaktorluğu altında fəaliyyət göstərib. (2009–2014)
ATV kanalında bir neçə il "Tanımadığımız Tanışlar" verilişinin redaktoru, sonra isə müəllif — redaktoru olaraq işləyib. 100 — dən çox sənədli filmin, o cümlədən " SƏKKİZ Xocalı qadını", 31 Mart soyqırımı ilə əlaqədar Ermənilərin Azərbaycanda soyqırıma məruz qoyduğu yəhudilərin həyatından sənədli filminin, Ş. İ. Xətainin həyatından "Şahənşah", Türkmənçay müqaviləsindən bəhs edən "Azərbaycanın Şəhadəti" sənədli filmləri və "KÜRƏN" adlı bədii filmin müəllifidir.
"Səhifələr" adli həftəlik ədəbiyyat qəzeti təsis edib və baş redaktoru olub.(2004–2005.) "Ənvər Paşa" adli ictimai-ideoloji dərgi çıxarıb.(2007–2009) "Doqquz Iklim" ədəbiyyat dərgisini çıxarıb. (2004 – 2009)
5 ilə yaxın "Doqquz iqlim" dərgisinin elektron versiyasi (DOQQUZİQLİM. NET) onun redaktorluğu altında fəaliyyət göstərib. (2009–2014) Şeirləri rus, ingilis, alman, fars, türk dillərinə tərcümə edilib.
Bir çox beynəlxalq tədbirlərdə, o cümlədən Amerikada, Orta Asiyada, Türkiyədə Azərbaycan ədəbiyyatını təmsil edib.
1992-ci ildən AYB-nin üzvüdür. Prezident təqaüdünə layiq görülüb.