Seyid Əhməd Xan Məlik Sasani (1882–1967)—İran tarixçisi, diplomat
Seyid Əhməd Xan Məlik Sasani | |
---|---|
fars. سید احمد خان ملک ساسانی | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Paris, Fransa |
Vətəndaşlığı | |
Atası | Mirzə Məhəmmədhüseyn Hüseyni-Fərahani |
Fəaliyyəti | diplomat, yazıçı |
Seyid Əhməd Xan Məlik Sasani 1882-ci ildə Tehran şəhərində doğulmuşdu. Məlikülkittab ləqəbli Mirzə Məhəmmədhüseyn Hüseyni-Fərahaninin oğludur. Qacarlar və pəhləvilər dövrünün diplomat və tarixçilərindəndir. Möhtəşəmüssultan ləqəbini daşıyırdı. Təhsilini İsveçdə almışdı. Təhsilini tamamlayandan sonra Tehrana dönmüş Sultan Əhməd şah Qacarın sarayında çalışmışdı. Ona sarayda "Müəllim" deyirdilər. 1918-ci ildə Xarici İşlər nazirliyində işə düzəldi. Osmanlı dövlətinə İstanbul şəhərinə göndərilmişdi. Səfarətdə münşi kimi xidmət etmişdi. Sonra Fransaya ezam edilmiş, səfarətin kargüzarlıq şöbəsinə rəhbərlik etmişdi. 1934-cü ildə təqaüdə çıxıb yaradıcılıqla məşğul olmuşdu.